Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını yaxalandı
Posted on : Millenarianism 10/16/2017 12:59:41 PM
Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. Bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Qəzetdə Suriyada hökumət əleyhinə
vuruşan silahlı ünsürlərin maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları
barədə dərc olunan yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə
İdarəsinin yerli sakini, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə
qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi
başladığı qeyd olunub.
İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri
Suriyada vuruşan "Cund əş-Şam" terrorçu qruplaşmasına göndərib.
Qaçay Hacıyev fevralın 26-da işdən evə avtomobillə qayıdarkən FTX əməliyyatçıları
tərəfindən saxlanılıb. Daha sonra əməliyyatçılar onu evinə gətiriblər. Hacıyev
saxlanılandan 10 gün sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. Onun hazırda
Lipetskdə yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı bildirilib.
İstintaq iddia edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə
Suriyadakı terrorçulara göndərilib. O, təkcə Suriyaya deyil, Azərbaycanda və
Rusiyada yaşayan qohumlarına da pul göndərirdi".
Keçən ilin aprelində “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan
“Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin itkin düşdüyü
barədə məlumat yayılmışdı. Məlumatda Aqil Hacıyevin “Əl-Nüsra Cəbhəsi” silahlı
qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam
hökmü çıxarıldığı qeyd olunmuşdu. Onun aqibəti məlum deyil.
APA məlumat verib ki, Hacıyev qardaşları Lənkəran rayonunun Boladi kəndində
doğulublar. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə
quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.