header

 Əl-Qəssam: “4 əsir azad edilməsə, əsir dəyişikliyi olmayacaq”

 Əl-Qəssam: “4 əsir azad edilməsə, əsir dəyişikliyi olmayacaq”

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeydə müqavimətin İordan çayının qərb sahilində fələstinlilərin intifadasını dəstəklədiyini vurğulayaraq, Azadlıq tüneli əməliyyatı qəhrəmanlarının Gilboa həbsxanasından buraxılmadığı təqdirdə, başqa heç bir əsir mübadiləsinin olmayacağını söyləyib.

Tashaio.com Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Əbu Ubeydə açıqlamasında bunları deyib: “Gələcəkdəki əsir mübadiləsində sionist rejimin gözətçiləri həbsxanaların qapılarını özləri bu qəhrəman əsirlərə açacaqlar və başlarını dik tutaraq çıxacaqlar.

 

Əl-Qəssam Komandanlığı əməliyyatın qəhrəmanlarına iftixarla baxır. Onlar sionist düşmənin təhlükəsizlik nəzəriyyəsinin kövrəkliyini bir daha göstərən, Fələstin xalqının oğullarının dizayn və icra baxımından hər dəfə sübut etdikləri bir həqiqət olan, cəsarətli və güclü əməliyyatları ilə İslam ümməti və Fələstin xalqını qürurlandıran insanlardır”.

 

Əbu Ubeydə İordan çayının qərb sahilindəki fələstinlilərə səslənərək, belə deyib: “Qəssamda və Fələstin müqavimətindəki bizlər, İordan çayının qərb sahilində və Cənindəki soydaşlarımıza və döyüşçülərinə qarşı düşmənin təhdidləri qarşısında Cənin düşərgəsinin, inqilabçılarının və qəhrəmanlarının tək olmadıqlarını vurğulayırıq və buna icazə vermərik. Düşmənin onlara hücum etməsinə icazə vermərik, onları müdafiə etmək üçün milli səviyyədə hərəkət edirik.

 

Bu gün millətimizin və qəhrəman əsirlərimizin sionist rejimə qarşı şərəfli qiyamında əl sıxaraq onlara üzülməyin və narahat olmayın deyirik; Arxanızda sarsılmaz və möhkəm bir müqavimət var”.

 

Əbu Ubeydanın çıxışından sonra Fələstin mətbuatında aşağıdakı karikatura yayılıb.

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeydə müqavimətin İordan çayının qərb sahilində fələstinlilərin intifadasını dəstəklədiyini vurğulayaraq, Azadlıq tüneli əməliyyatı qəhrəmanlarının Gilboa həbsxanasından buraxılmadığı təqdirdə, başqa heç bir əsir mübadiləsinin olmayacağını söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-14-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap