header

 İraqın Milli Təhlükəsizlik İdarəsi: “Ərbəin mərasimini keçirməyə tam hazırlıq”

 İraqın Milli Təhlükəsizlik İdarəsi: “Ərbəin mərasimini keçirməyə tam hazırlıq”

İraqın Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Əbdül Qəni Əl-Əsədi təhlükəsizlik orqanlarının Ərbəin mərasimini keçirməyə tam hazır olduqlarını açıqlayıb.

Tashaio.com xəbər verir ki, Əbdül Qəni Əl-Əsədi çərşənbə günü (1 sentyabr) bildirib ki, İmam Hüseynin (ə) Ərbəin mərasimi və qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir.

 

Mawazin News-un verdiyi xəbərə görə, Əl-Əsədi Divaniyə vilayətinə səfəri vaxtı keçirdiyi mətbuat konfransında bunları söyləyib.

 

“Təhlükəsizliyi qorumaq hər kəsin borcudur və hazırda qarşıdan gələn Ərbəin mərasiminə və 10 oktyabrda keçiriləcək parlament seçkilərinə tam hazırıq”.

 

Bu arada, Nəcəf valiliyi bu ilki Ərbəin mərasimində zəvvarların təhlükəsizliyini qorumaq üçün ordu, polis və Əl-Həşduş Şəbinin iştirakı ilə hərtərəfli bir təhlükəsizlik planının təşkil olunduğunu açıqlayıb.

 

Nəcəf valisi Luay Əl-Yasiri, əyalətin siyasi və təhlükəsizlik səlahiyyətliləri ilə keçirdiyi təhlükəsizlik görüşündən sonra, görüşdə Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik tədbirlərinin təmin edilməsi və Nəcəf və Kərbəlada və Hüseyni mokəblərdə milyonlarla zəvvarın təhlükəsizliyinin təmin edilməsinin müzakirə edildiyini söyləyib.

 

O, qeyd edib ki, bu il Nəcəfül Əşrəfdən Kərbəlaya gedən Ərbəin piyada yoluna dronlarla nəzarət olunacaq və hava ilə ətraflı bir kəşfiyyat əməliyyatı aparılacaq.

 

“Nəcəf və Kərbəla şəhərlərinı gedən yollar tam nəzarət altındadır və bu təhlükəsizlik planında hər hansı bir təhlükəsizlik pozuntusunun qarşısını almaq üçün vətəndaşlardan istifadə ediləcək”, - deyə o, bildirib.

 

Əl-Həşduş Şəbi informasiya agentliyi də bu gün Nəcəf valisinin şəhərin önəmli küçələrindən birində şəhid Əbu Mehdi Əl-Mühəndisinn adını verdiyini açıqlayıb.

 

“Bu küçə, Nəcəf Beynəlxalq Hava Limanının kəsişməsindən Ənsər kəsişməsinə qədər uzanır və şəhid komandir Əbu Mehdi Əl-Mühəndisin vətəni və müqəddəsliklərini qorumaqda və vətəni azad etməkdə göstərdiyi qəhrəmanlığı qiymətləndirmək üçün bura bu böyük şəhidin adı verilmişdir”.

İraqın Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Əbdül Qəni Əl-Əsədi təhlükəsizlik orqanlarının Ərbəin mərasimini keçirməyə tam hazır olduqlarını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap