İraqın cənubundakı ən ucqar nöqtədən Ərbəin səfərinin ilk dəstəsi yürüşə başladı
İraqın cənubundakı ən ucqar nöqtədən Ərbəin səfərinin ilk dəstəsi yürüşə başladı
Posted on : Əqidələr 09/02/2021
İmam Hüseynin (ə) Ərbəin yürüşünün ilk dəstəsi 1 sentyabrda Bəsrə vilayətinin cənubundakı ən ucqar nöqtədən Kərbəla istiqamətinə doğru hərəkət etməyə başlayıb.
Tashaio.com xəbər verir ki, bu karvan Ərbəin yürüşünü canlandırmaq məqsədilə Bəsrə vilayətinin Ras Əl-Bişə rayonunda nəhəng İmam Hüseyn (ə) bayraqları daşıyaraq yürüşə başlayır və yol boyu digər rayonlardan hərəkət edən qruplar onlara qoşulur.
Ras Əl-Bişə Kərbəlaya 667 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) müsibətli şəhadətinin 40-cı günündə Kərbəlada onmilyonların iştirakı ilə Ərbəin mərasimi keçirilir.