header

 İmam Rzanın (ə) həyatına qısa bir baxış

 İmam Rzanın (ə) həyatına qısa bir baxış

İmam Rzanın (ə) həyatına qısa bir baxış

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur.
 
O həzrətin adı Əli, künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) şəhadət tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində şəhid edildiyini  qeyd etmişlər. Hansı ayda şəhid olunduğuna  gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında şəhid edildiyini söyləmişlər. Növbəxti o həzrətin şəhadət gününü Səfər ayının sonuncu günü qeyd etmişdir.
 
O həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər.
 
 İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə getmiş və nəhayət 203-cü ilin Səfər ayında 55 yaşında ikən, xəlifə Məmunun əli ilə şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.
 
İmam Rzanın (ə) həyatına qısa bir baxış
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-22-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap