header

 Yediyiniz vaxt iki mühüm şərti unutmayın...

 Yediyiniz vaxt iki mühüm şərti unutmayın...

Yediyiniz vaxt iki mühüm şərti unutmayın...

Allah-Taala Qurani-Kərimin “Muminun” surəsinin 51-ci ayəsində buyurur:

يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ

“Ey peyğəmbərlər! Pak qidalardan yeyin, saleh işlər görün, həqiqətən, Mən sizin gördüyünüz işlərdən agaham.”

Qurani-Kərimdə “kulu” (yeyin) göstərişi ilə yanaşı digər göstərişlər də zikr olunmuşdur. Məsələn: «yeyin və Allaha şükür edin»[1]; «yeyin və yedirin»[2]; «yeyin və israf etməyin»[3].

Həzrət Peyğəmbər (s) bu ayə ilə bağlı buyurmuşdur: “Həzrət İsa anası Məryəmin toxuduğu ipin qazancı ilə dolanırdı.”[4]

İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Pak qida dedikdə, halal qida nəzərdə tutulur.”[5]

Hədisdə oxuyuruq: “Allah bir tikə haram yeyənin ibadətini qəbul etməz.”[6]

Bildirişlər

1. Peyğəmbərlər də qidadan, təbii nemətlərdən bəhrələnirlər.

2. Xalqı haqqa dəvət etmək üçün öncə onların maddi dolanışığı barədə düşünək.

3. Bütün ilahi dinlər rahiblik, guşənişinlik və riyazətlə müxalifdir. (İsanın adı çəkildikdən sonra “yeyin” göstərişinin gəlməsində məqsəd məsihilikdə özünə yer almış rahibliyin qarşısının alınması ola bilər.)

4. Yediyiniz vaxt iki mühüm şərti unutmayın: Qidanın halallığı və paklığı.

5. Qidalanma da nəfs istəklərinə əsaslanmamalı, məqsədli olmalıdır.

6. Qarına münasibətdə iffət əməldə təqva ilə yanaşıdır.

7. İnsan halal və pak qidalanma sayəsində saleh əməl üçün tövfiq (ilahi yardım) əldə edir.

8. Halal və pak qida, saleh əməl bütün ilahi dinlərdə diqqət mərkəzindədir.

9. Əgər halal yeyib saleh işlər görməsəniz, bilin ki, Allah peyğəmbərlərlə də hesab aparasıdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 8-ci cild, “Muminun” surəsi, 51-ci ayənin təfsiri.)

Yediyiniz vaxt iki mühüm şərti unutmayın...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-21-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap