İraqda təhlükəli hücumun qarşısı alındı
İraqda təhlükəli hücumun qarşısı alındı
Posted on : Digər sahələr 06/20/2021
İraqın Təhlükəsizlik Media Şəbəkəsi İraq təhlükəsizlik qüvvələrinin 3 nəfərin olduğu silah və partlayıcı maddə ilə yüklənmiş bir maşın barədə aldığı kəşfiyyata uyğun hərəkət edərək əməliyyat başlatdıqlarını bildirib.
Tashaio.com Al-Maalomah-a istinadən xəbər verir ki, Neynəva polisi tərəfindən digər təhlükəsizlik qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyatda, maşının içindəki silahlar ələ keçirilib. Silahların Neynəvada törədilən terror aktında istifadə olunmaq üçün gətirildiyi və maşındakı 3 nəfərin əməliyyatdan əvvəl qaçdığı qeyd edilib.
Maşına baxış zamanı 5 Qrad raketi və 5 raket atıcısı da aşkar edilərək, müsadirə olunub.