header

 Qardian: “Suriya-Səudiyyə əlaqələrinin bərpası Ramazan bayramından sonra başlayacaq”

 Qardian: “Suriya-Səudiyyə əlaqələrinin bərpası Ramazan bayramından sonra başlayacaq”

Britaniyanın “Qardian” (The Guardian) qəzeti yazıb ki, Suriya və Səudiyyə rejimi arasında münasibətlərin normallaşması prosesi Ramazan bayramından sonra başlayacaq.

Tashaio.com xəbər verir ki, “Qardian” Səudiyyə rejiminin kəşfiyyat xidmətinin rəhbərinin Suriya müharibəsi başladığından bəri ilk dəfə Dəməşqə səfər etdiyini və suriyalı həmkarı ilə görüşdüyünü yazıb.

 

Bazar ertəsi (3 may) Suriyanın paytaxtında baş tutan görüş, Ər-Riyad və Dəməşq arasındakı yaxınlaşan barışmanın hazırlığı kimi qiymətləndirilir.

 

2011-ci ildə Suriyada müharibə başladıqdan sonra Suriya və Səudiyyə rejimi əlaqələrini kəsmişdi, lakin Ər-Riyaddakı səlahiyyətlilər Britaniya qəzetinə iki ölkə arasındakı münasibətlərin normallaşmasının Ramazan bayramından sonra başlaya biləcəyini söyləyiblər.

 

Adının anonim saxlanılmasını istəyən Səudiyyə rejiminin bir rəsmisi belə deyib: “Planlar quruldu, amma heç nə edilmədi. Bölgədəki hadisələr dəyişdi və bunlar açılım üçün zəmin yaratdı”.

 

Səudiyyə rejiminin nümayəndə heyətinə kəşfiyyat xidmətinin rəhbəri Xalid Həmidan rəhbərlik edib. Görüşdə Suriya tərəfdən Həmidanın suriyalı həmkarı Əli Mamluk iştirak edib.

 

Suriyadakı iğtişaşların başlamasından etibarən Səudiyyə rejimi terrorçu qrupları və ekstremist müxalifləri silahlandıraraq prezident Bəşər Əsəd hökumətini devirməyə çalışıb.

Britaniyanın “Qardian” (The Guardian) qəzeti yazıb ki, Suriya və Səudiyyə rejimi arasında münasibətlərin normallaşması prosesi Ramazan bayramından sonra başlayacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap