header

 İsrail rejimi Suriyanın Lazkiyyə və Tartus vilayətlərinə hava hücumu etdi

 İsrail rejimi Suriyanın Lazkiyyə və Tartus vilayətlərinə hava hücumu etdi

Bu gün (5 may) səhər Suriyanın hava hücumundan müdafiə sistemləri Lazkiyyə və Tartus şəhərlərinin hava məkanında düşmən hədəfləri ilə qarşılaşıb.

Tashaio.com SANA-ya istinadən xəbər verir ki, Suriyanın Lazkiyyə və Tartus şəhərlərinin sahillərində bir partlayış səsi eşidildiyini bildirib.

 

SANA-nın müxbirinin bildirdiyinə görə, Lazkiyyə və Tartus şəhərlərinin səmalarında eşidilən səslərin, Suriyanın hava hücumundan müdafiə sisteminin təcavüzkar hədəflərə qarşı aktivləşməsindən qaynaqlandığını bildirib.

 

Məlumata görə, Suriyanın hava müdafiəsi Lazkiyyədəki Əl-Hifa və Hama əyalətinin qərbindəki Masyaf bölgələrini hədəfə alan düşmən hədəflərə qarşı aktivləşib.

 

Əl-Aləm telekanalının müxbiri isə, bir neçə partlayışın səbəb olduğu alovları söndürmək üçün Lazkiyyənin kənarındakı Cəbəl bölgəsindəki iki nöqtəyə xilasetmə maşınlarının göndərildiyini bildirib.

 

Lazkiyyə şəhərindəki SANA müxbiri, sionist rejimin vilayətdəki bir plastik material anbarının hədəfə aldığını bildirib.

 

Lazkiyyə Yanğınsöndürmə İdarəsi İsrail rejiminin vilayətdəki plastik anbara hücumundan qaynaqlanan yanğının nəzarət altına alındığını və söndürüldüyünü açıqlayıb.

 

 

 



Bu gün (5 may) səhər Suriyanın hava hücumundan müdafiə sistemləri Lazkiyyə və Tartus şəhərlərinin hava məkanında düşmən hədəfləri ilə qarşılaşıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap