header

 İŞİD İraqın Kərkük şəhərində iki neft quyusunu partladıb

 İŞİD İraqın Kərkük şəhərində iki neft quyusunu partladıb

Kərkük vilayətindəki bir təhlükəsizlik əməkdaşı İŞİD terrorçularının vilayətdəki Bai Hassan neft sahəsinə hücum etdiyini söyləyib.

Tashaio.com xəbər verir ki, mənbə Baghdad Al-Youm xəbər agentliyinə terror hücumunda bir polisin öldüyünü, digərinin isə yaralandığını söyləyib.

 

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət edir və terrorçular qaçıb.

 

Əl-Cəzirə xəbər şəbəkəsi də təhlükəsizlik mənbələrinə istinadən, Kərkükün şimal-qərbindəki iki neft quyusunda neft hasilatının dayandırıldığını bildirib.

 

Mənbələr neft hasilatının dayandırılmasının səbəbinin bu səhər baş verən terror aktı ilə əlaqədar olduğunu vurğulayıblar.

 

İraqın Neft Nazirliyi də hücumlardan sonra 183 və 177 quyunun partladığını bildirən açıqlama verib.

Kərkük vilayətindəki bir təhlükəsizlik əməkdaşı İŞİD terrorçularının vilayətdəki Bai Hassan neft sahəsinə hücum etdiyini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap