header

 Euro Monitor: “Sionist rejim aparteiddir”

 Euro Monitor: “Sionist rejim aparteiddir”

İsveçrədə yerləşən Euromonitor İnsan Hüquqları İnstitutu mayın 3-də sionist rejimin 4982 yeni mənzil tikintisi planını təsdiqlədikdən sonra fələstinlilərə məxsus 31 evi və 27 obyekti dağıtdığını söyləyib.

Tashaio.com xəbər verir ki, Euromonitor son dörd ayda sionist rejimin işğal altındakı Şərqi Qüdsdə minlərlə yaşayış binası inşa edərkən Fələstinlilərə məxsus evləri, obyektləri sökmək və fələstinliləri məhəllələrindən çıxarmaq siyasətini gücləndirdiyini bildirib. Bu cür davranışın məqsədinin irqi ayrıseçkiliyi davam etdirmək və şəhərdəki fələstinli ərəblərin mövcudluğunu aradan qaldırmaqdır.

 

Bu ilin ilk dörd ayında, işğal olunmuş Şərqi Qüdsdə sionist qüvvələr tərəfindən fələstinli evlərin dağıdılması ilə əlaqəli 86 qayda pozuntusu Euromonitor tərəfindən bildirilib. İsrail rejiminin qüvvələri bu ilin əvvəlindən etibarən, yarısı mart ayında olmaqla 31 evi dağıdıb.

 

Sionist qüvvələr, qadınlar və uşaqlar da daxil olmaqla onlarla Fələstin ailəsini evlərindən didərgin salıb. Bundan sonra da İsrail rejiminin qüvvələri dağılan evlərin yaxınlığında müvəqqəti sığınacaq üçün çadırlar quran həmin ailələri rahat qoymayıb. İsrail rejiminin məhkəmələri də fələstinlilərin evlərinin ələ keçirilməsini leqallaşdıran qərarlar qəbul edib.

 

2021-ci ilin ilk dörd ayı ərzində məcburi köçürülmə və evlərin sistematik şəkildə sökülməsindən təsirlənmiş ailələr ciddi fiziki, sosial, iqtisadi və psixoloji təsirlər almışdır. Bunlar etnik təmizlənmə mənasını verən cinayətlərdir.

 

Euromonitor-un baş direktoru Tarik Əl-Lava belə deyir: “İsrail rejiminin fələstinlilərin evlərini boşaltmaq və yıxmaq, yəhudi yaşayış yerləri inşa etmək qərarları və planları, İsrail rejiminin ayrı-seçkilik qanunlarına və ədalətsiz siyasətlərə əsaslanan aparteid sistemini əks etdirir.

 

İsrail rejiminin rəsmilərinin təxribatı və evlərindən çıxarılmaq, fələstinliləri zorla köçürmək və işğal olunmuş Qüds əhalisini dəyişdirmək səylərinin bir hissəsidir. İşğal altındakı Fələstində mülki şəxslərin qanunsuz məhv edilməsi və çıxarılması Dördüncü Cenevrə Konvensiyasının pozulmasıdır”.

İsveçrədə yerləşən Euromonitor İnsan Hüquqları İnstitutu mayın 3-də sionist rejimin 4982 yeni mənzil tikintisi planını təsdiqlədikdən sonra fələstinlilərə məxsus 31 evi və 27 obyekti dağıtdığını söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap