header

 Əmirəlmöminin Əlinin (ə) siyasi kursu-3

 Əmirəlmöminin Əlinin (ə) siyasi kursu-3

Əmirəlmöminin Əlinin (ə) siyasi kursu-3

Əmirəlmömininin (ə) siyasi kursunun xüsusiyyətlərindən biri də budur ki, o, öz düşmənləri və ona müxalif olan şəxslərlə faktlarla danışır, arqumentlər gətirirdi. O Həzrət (ə) hətta Müaviyəyə belə yazdığı məktublarda (Müaviyə ilə Əmirəlmöminin (ə) arasında şiddətli ədavət var idi, lakin buna baxmayaraq o, İmama (ə) məktublar göndərir, onu təhqir edir və həqiqətə uyğun olmayan sözlər danışırdı) onun yanlış yol tutduğunu arqumentlərlə əsaslandırırdı. O Həzrət, yanına gələrək ona beyət edən Təlhə və Zübeyrlə də eynilə bu cür davranaraq onlara belə buyurur:

لَقَدْ نَقَمْتُمَا يَسِيراً وَأَرْجَأْتُمَا كَثِيراً

Siz kiçicik bir şeyi qarşıdurma yaratmaq üçün bəhanəyə çevirdiniz, bir bu qədər müsbət məqamları isə qəsdən görməzliyə vurdunuz. Sizlər düşmənçilikdən, müxalifətdən dəm vurursunuz.

Əmirəlmöminin (ə) onlarla təvazökarlıqla danışır, baş verənləri izah edirdi. O Həzrət belə deyirdi: “Mənə düşmən lazım deyil.”

Həzrət Əli (ə) belə bir mülayim və nəzakətli rəftara malikdir. Lakin bu xoşrəftarlıq heç bir təsir etmədikdə, o Həzrətin qətiyyəti öz yerini alır. Bu məqamda da xəvaric kimiləri ilə məhz özünün buyurduğu kimi:

 فَإِنِّي فَقَأْتُ عَيْنَ الْفِتْنَةِ

“Fitnənin gözünü mən çıxartdım” – deyə rəftar etdiyini göstərir. Əlidən (ə) başqa heç bir şəxs (o Həzrətin (ə) özünün də “Nəhcül-bəlağə”də buyurduğu kimi) bu işi görə bilməzdi.

Əmirəlmömininin (ə) siyasi diplomatiyasının xüsusiyyətlərindən biri də bu idi ki, o Həzrət (ə) qalibiyyət naminə qətiyyən zülmə, yalana və zülmkar işlərə əl atmırdı.O Həzrətin hakimiyyətinin ilk dövrlərində bir qrup şəxs o Həzrətə belə deyirdi: “Ağa, sən cəmiyyətin bəzi nümayəndələri – nüfuzlu şəxslər barədə bir şey fikirləş və beytül-maldan onlar üçün bir qədər artıq pay ayır ki, onların könlünü alasan və müxalifətinə tuş gəlməyəsən”. Həzrət Əli (ə) isə belə buyurur:

أَتَأْمُرُونِّي أَنْ أَطْلُبَ النَّصْرَ بِالْجَوْرِ

“Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz?” İstəyirsiniz ki, mən zülmə əl ataraq özüm üçün qələbəni təmin edim?

وَ اَللَّهِ لاَ أَطُورُ بِهِ مَا سَمَرَ سَمِيرٌ وَ مَا أَمَّ نَجْمٌ فِي اَلسَّمَاءِ نَجْماً

“Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz başqa bir ulduza doğru gedir, heç vaxt belə iş görmərəm.” Əmirəlmömininin zülm etməklə, yanlış yola düşməklə, İslam dininə uyğun gəlməyən metodlarla özünə dostlar qazanması əsla mümkün deyil.

Əmirəlmömininin (ə) siyasi kursunun özünəməxsus cəhətlərindən biri də budur ki, o, Həzrət (ə) çox ciddi şəkildə (gəlişigözəl sözlər xətrinə deyil,) insanlardan tələb edirdi ki, xoşuna gəlməkdən ötrü onunla yaltaqcasına danışmasınlar, onunla görüşərkən süni şəkildə davranmasınlar. Bir gün Əmirəlmöminin (ə) özünün bəlağətli və ecazkar xütbələrindən birini söyləyərkən bir nəfər ayağa qalxıb onu tərifləməyə başladı. O, Həzrət Əlinin (ə) danışdığı sözləri və qeyd etdiyi məsələləri tərif edir, Əmirəlmömininin (ə) şəninə mədhlər söyləyirdi. Həmin şəxs sözünü bitirəndən sonra Həzrət Əli (ə) üzünü ona tərəf çevirdi və “Mənimlə bu tərzdə danışmayın” – deyə, təqribən həmin ana qədər də etdiyi söhbət qədər (“Nəhcül-bəlağə”də rast gəlinən və Seyid Rzanın qeyd etdiyi qədər) bu insana nəsihət verdi. Həzrət Əlinin (ə) burada işlətdiyi ifadələrdən:

فَلاَ تُكَلِّمُونِي بَمَا تُكَلَّمُ بِهِ الْجَبَابِرَةُ

“Mənimlə zülmkar hakimlərlə danışılan tərzdə danışmayın” – ifadəsi çox məşhurdur.

“Mənimlə “Birdən sözlərim acığına gələr, birdən dediklərim filan zülmkar hakimi məmnun etməz və ürəyinə yatmaz” – deyə ölçüb-biçərək danışdığınız şəxslər kimi danışmayın; mənim qarşımda durarkən bütün dediklərinizi ölçüb-biçməyin. Elə düşünməyin ki, mənə haqq olan bir sözü desəniz, Əli sizin bu haqq sözünüzdən inciyəcək; bu, ona ağır gələcək. Əsla belə deyil!” (“Nəhcül-bəlağə”, xütbə 216.)

Bax, bu da Əmirəlmömininin (ə) siyasi davranışının səciyyəvi xüsusiyyətlərindən biridir. (Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Tehranda qıldığı cümə namazının xütbələrindən bir parça – 11/09/2009.)

Əmirəlmöminin Əlinin (ə) siyasi kursu-3
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap