header

 İsrail rejimi Ramazan ayında Qəzzanı bombalamağa davam edir

 İsrail rejimi Ramazan ayında Qəzzanı bombalamağa davam edir

İsrail rejimi döyüş təyyarələri və PUA-ları ilə Ramazan ayında da Qəzzaya hücumlarını davam etdirir.

Tashaio.com xəbər verir ki, Anadolu agentliyinin bölgədəki müxbirinin verdiyi məlumata görə, İsrail rejiminin ordusunun döyüş təyyarələrinin hava hücumu blokada altındakı Qəzzanın müxtəlif bölgələrindəki boş ərazilərə edilib.

 

Hücum nəticəsində ölən və yaralananların olmadığı qeyd edilir.

 

Sionist ordusunun Tvitter səhifəsində verilən açıqlamada, döyüş təyyarələrinin Qəzzada HƏMAS-a aid bəzi mövqelərə hava zərbələri endirdiyi qeyd edilib.

 

Açıqlamada hücumun Qəzzadan İsrail rejiminə doğru atılan raketə cavab olaraq həyata keçirildiyi və silahların saxlanılması üçün istifadə edilən bir obyektin, inkişaf mərhələsində olan zenit raket buraxılış sahəsinin və hücumlar üçün istifadə edilən tunelin hədəfə alındığı qeyd edilib.

 

 

Qəzzadan raket hücumuna görə məsuliyyəti heç kim üzərinə götürməyib.

 

Hücumla bağlı HƏMAS-dan açıqlama verilməyib.

İsrail rejimi döyüş təyyarələri və PUA-ları ilə Ramazan ayında da Qəzzaya hücumlarını davam etdirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-17-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap