İraqda ABŞ-ın aviabazası PUA-larla vuruldu
İraqda ABŞ-ın aviabazası PUA-larla vuruldu
Posted on : Digər sahələr 04/17/2021
Xəbər mənbələri ABŞ-ın İraqdakı Əynul Əsəd aviabazasına pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alındığını bildiriblər.
Tashaio.com xəbər verir ki, ABŞ-ın İraqın işğalı ilə bağlı hərbi xəbərlər yayımlayan Sabreen News Teleqram kanalı, bazanın üç kamikadze PUA-sı ilə hədəfə alındığını bildirib.
Hücumda tələfat və dağıntılar barədə hələ məlumat verilməyib.
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyasının sözçüsü Vayne Maruto Əynul Əsəd aviabasına mart ayının ortalarında da raket hücumu edildiyini demişdi. Maruto həmin hücumların 10 katyuşa raketi ilə həyata keçirildiyini söyləmişdi.
İraqın qərbindəki Əynul Əsəd bazası və Ərbilin şimalındakı Hərir bazası, ABŞ-ın İraqdakı iki əsas bazasıdır.