header

 Yəmən müharibəsinə ABŞ və Aİ-dən 607 milyard dollar sərmayə!

 Yəmən müharibəsinə ABŞ və Aİ-dən 607 milyard dollar sərmayə!

ABŞ və Avropa maliyyə qurumlarının Səudiyyə rejiminin koalisiyasına 2015 və 2019-cu illər arasında Yəmən müharibəsi üçün 607 milyard dollar vəsait köçürdüyü açıqlanıb.

Tashaio.com YDH-yə istinadən xəbər verir ki, İspaniyanın Dellas Sülh Araşdırmaları Mərkəzi tərəfindən aparılan araşdırma, bir çox Avropa və Amerika təşkilatlarının Yəmənə qarşı tətbiq olunan müharibəyə təəccüb doğuracaq həcmdə maliyyə dəstəyini ifşa edib.

 

Hesabata görə, 2015-2019-cu illər arasında yüzlərlə maliyyə təşkilatı Yəmənə hücum edən Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri ordusunun aparıcı şirkətlərinə ümumilikdə 607 milyard dollar ayırıb.

 

Araşdırmada adı keçən 50 qurum arasında “BlackRock”, “Goldman Sachs”, “Morgan Stanley” və “Citigrup” kimi bəzi böyük ABŞ bankları da var.

 

Bundan əlavə, bu 50 təşkilata Almaniyanın “Deutsche Bank”, “Barclays”, “BNP Paribas Ucredit”, Fransanın sığorta şirkəti “AXA”, İspaniyanın iki böyük bankı “BBVA” və “Banco Santander” və “SEPI” qlobal fondu da daxildir.

 

Hesabatda təkcə yuxarıda adı çəkilən İspaniya banklarının Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə rejiminə ixrac olunan silah istehsal edən 9 şirkətə təxminən 8.6 milyon dollar vəsait köçürdükləri qeyd edilib.

 

Bu maliyyədən yararlanan şirkətlər arasında “Airbus”, “Boeing”, “General Dynamic”, “Leonardo”, “Navantia”, “Raytheon Technology”, “Rolly-Royse Holdings”, “Tales Group” və Rheinmetal” şirkətləri də var

 

Hesabatda dünyanın müxtəlif yerlərindən 25 ölkənin Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinə silah yardımı etdikləri bildirilib.

 

Bu 25 ölkənin Yəməndəki müharibədə iştirak edərək koalisiya qüvvələrinə qoşulduğu vurğulanıb. 25 ölkə arasında ABŞ bütün alış-verişin 72,2%-nə cavab verən nisbətə sahibdir.

 

Avropa İttifaqı ölkələri 21.9% nisbələ ABŞ-dan sonra gəlir. Bu dövrdə 80 silah şirkəti Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinə satış edib.

 

Səudiyyə rejimi və BƏƏ-yə ixrac edilən silahların 48,7%-i təyyarə kimi hava vasitələri, 19,5%-i raket, 14,6%-i zirehli maşın və 7,6%-i hava hücumundan müdafiə sistemlərindən ibarətdir.

 

Hesabatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının araşdırmasına işarə edilərək, Yəməndə hal-hazırda 7 milyondan çox insanın əsas qida məhsulları əldə edə bilmədiyi və 4 milyon insanın evlərindən didərgin düşdüyü qeyd edilib.

ABŞ və Avropa maliyyə qurumlarının Səudiyyə rejiminin koalisiyasına 2015 və 2019-cu illər arasında Yəmən müharibəsi üçün 607 milyard dollar vəsait köçürdüyü açıqlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-17-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap