header

 Dinlə mübarizə günəşi üfürmək kimidir...

 Dinlə mübarizə günəşi üfürmək kimidir...

Dinlə mübarizə günəşi üfürmək kimidir...

Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 32-ci ayəsində buyurur:

يُرِيدُونَ أَن يُطْفِؤُواْ نُورَ اللّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللّهُ إِلاَّ أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

 

“Onlar Allahın nurunu ağızları ilə keçirmək istəyirlər. Amma Allah, kafirlər narahat olsalar da belə, Öz nurunu kamala çatdırmaq əzmindədir.”

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah-Taala yer əhlinə nəzər salıb məni seçdi. İkinci dəfə nəzər salıb Əli ibn Əbu Talibi ayırdı. Məndən sonra yer üzünün nuru odur.” Sonra Həzrət (s) bu ayəni tilavət etdi.[1]

Bildirişlər

1. Düşmənlərin fitnəkarlığı daimidir.

2. İslam hökmləri və Allahın dini bir nur, nur isə öz növbəsində həyat qaynağıdır.

3. Kafir dəstələri fərqli səylər göstərsələr də, onların son məqsədi din nurunu söndürməkdir.

4. Kafirlərin dinlə mübarizəsi günəşi üfürmək kimidir.

5. Din düşmənlərinin əsas fəaliyyəti təbliğat üzərində qurulmuşdur.

6. Əgər peyğəmbərin dilindən İslam nidası nurdursa, onun imamət şəklində davamı nurun tamamlanmasıdır.

7. Allah haqq tərəfdarlarına qələbə vəd etmişdir.

8. Allah din nurunu nəinki hifz edir, hətta genişləndirir.

9. Kafirlər bilsinlər ki, onlar dinə qarşı çıxmaqla Allahın qəti iradəsinə qarşı çıxmışlar. İslam məktəbinə qarşı istənilən bir səy məğlubiyyətə məhkumdur.

10. İslam əbədi məktəbdir, onun müxalifləri kafirdirlər.

11. Allah kafirlərə xoş gəlməsə də, Öz peyğəmbərini razı salmaq istəyindədir. (Allah İslam Peyğəmbərinin (s) razılığına xatir qibləni dəyişdi.) (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 5-ci cild, “Tövbə” surəsi, 32-ci ayənin təfsiri.)

Dinlə mübarizə günəşi üfürmək kimidir...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-15-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap