header

 Suriya ABŞ-dan təzminat tələb etdi

 Suriya ABŞ-dan təzminat tələb etdi

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəsinə qarşı apardığı siyasət nəticəsində baş vermiş dağıntı və itkilərə görə ABŞ-dan təzminat tələb etdiklərini bildirib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında belə qeyd edilib: “Suriya höküməti ölkə əhalisinə qarşı tətbiq edilən cinayət siyasətinin nəticələrinə görə, ABŞ-ı günahkar hesab edir və ABŞ-ın təcavüzkarlığı ilə işğalının nəticəsində baş verən kütləvi dağıntı və saysız itkilər üçün təzminat tələb edir”.

 

Açıqlamada ABŞ-ın Suriyadakı davranışının beynəlxalq qanunlara zidd olduğu və dünya birliyi tərəfindən qınanılmalı olduğu bildirilib və belə qeyd olunub: “ABŞ və dünyadakı və regiondakı dostları, Suriyaya qarşı misilsiz terror müharibəsini dəstəkləyir”.

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəsinə qarşı apardığı siyasət nəticəsində baş vermiş dağıntı və itkilərə görə ABŞ-dan təzminat tələb etdiklərini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-14-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap