header

 Abbas Ərqaçi: “Sanksiyaların ləğvinin təsirlərini görməliyik”

 Abbas Ərqaçi: “Sanksiyaların ləğvinin təsirlərini görməliyik”

İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-ın sanksiyaları ləğv etmək üçün sadəcə sənəd imzalaması kifayət deyil və sanksiyaların ləğvinin təsirlərini praktikada görmək istəyirlər.

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Vyanada Birgə Komissiyanın iclasından sonra dünən (9 aprel) axşam Press TV-yə verdiyi müsahibəsində, üç günlük Vyana danışıqlarının nəticələrindən danışıb: “İndiyə qədər gəldiyimiz nəticə budur ki, doğru yoldayıq. Hər iki işçi qrupunun sanksiyalar və İranın hərəkətləri ilə bağlı səyləri yaxşıdır. Müzakirələr hələ də davam etməlidir. Xüsusilə kompleks bir məsələ olan sanksiyaların ləğvi mövzusundan çox uzaqdır. Bu gün iki işçi qrupunun hesabatlarını eşitdik. Üzvlərə paytaxtlarına getmək və lazımlı məsləhətləşmələri aparmaq və danışıqları davam etdirmək üçün gələn çərşənbə günü qayıtmaq şansı verməyə qərar verdik”.

 

İranın baş müzakirəçisi ABŞ sanksiyaları və bunların necə qaldırılacağı barədə də danışıb: “İran sanksiyaların ləğvi ilə bağlı məntiqli və əsaslandırılmış mövqeyə malikdir. Amerikalılar JCPOA masasını tərk etdilər, buna görə əvvəlcə qayıtmalıdırlar. Sanksiyaları ləğv edib yenidən JCPOA-nın üzvü olmalı və bundan sonra İran JCPOA-nın tamamilə tətbiqinə qayıdacaq. Bu, demək olar ki, hamının qəbul etdiyi bir məsələdir.

 

Bu prosesin necə olacağını görməliyik. Bundan əvvəl iki tərəf hər tərəfin nə etməli olduğunu müzakirə edir. İran və ABŞ-ın tam olaraq nə etməli olduğu aydın olduqdan sonra, ardıcıllıqla və yoxlama məsələsində çalışmalıyıq”.

 

Əraqçi PressTV müxbirinin “sanksiyaların necə ləğv ediləcəyi və sanksiyaların geri qaytarılmasının ləğvindən sonra mümkün olub olmayacağı” barədə verdiyi suala belə cavab verib: “JCPOA modelinə tam qayıtmalıyıq. Ləğv edilməsi lazım olan sanksiyalar var və prezidentin icra qərarı ilə bunlara son qoymaq səlahiyyəti var. Konqres qanunvericiliyindən irəli gələn digər sanksiyalar da var. Bu sanksiyalara gəldikdə, yalnız ABŞ-ın prezidenti onları dayandıra bilər.

 

Mövqeyimiz budur ki, istər Tramp dövründə tətbiq olunan, istərsə də digər adla Tramp çıxışlarının altına qoyulan və ya JCPOA-da qeyd olunan sanksiyaların hamısı ləğv edilməlidir və amerikalılar özləri nə edəcəyini daha yaxşı bilirlər.

 

Müzakirə davam edir. İndi bir-birimizin mövqeyini daha yaxşı başa düşmək mövqeyindəyik. Hələ uzun bir yol var və hələ hansı sanksiyaların (ləğv edilməli) və hər iki tərəfin hərəkətlərinin tam olaraq nə olduğuna qərar vermək iqtidarında deyilik. Ancaq biz bu istiqamətdə irəliləyirik və istəyimiz kifayət qədər aydındır və buna israr edirik. Növbəti danışıqlarda nə baş verdiyini görməliyik.

 

Doğrulamaqda məqsədimiz sanksiyaların aradan qaldırılmasının təsirlərini praktikada görməkdir. ABŞ-ın sanksiyaları ləğv etmək üçün sadəcə sənəd imzalaması kifayət deyil. Bizim üçün vacib olan sanksiyaların ləğvinin yerdəki təsirlərini görməkdir. Ləğv edilmiş sanksiyaların təsdiqlənməsində israr edirik. Bunun üçün (JCPOA üzvləri ilə) müzakirə etdiyimiz öz metodlarımız olmalıdır. Bunun nə qədər vaxt aparacağını bilmirik, ancaq JCPOA-nın digər üzvləri ilə sürətli və asan bir yoxlama müddətini müzakirə etməyə hazırıq”.

 

Müxbirin “Dediyiniz mürəkkəblikləri nəzərə alaraq, JCPOA-nın yoxlanılması və dirçəliş prosesinin İran seçkilərindən əvvəl başa çatacağı realdırmı?” sualına isə, Əraqçi bu cavabı verib: “Bizim üçün seçkidən daha vacib olan, MAQATE ilə bir ay yarımı getmiş və bir ay yarım qalmış üç aylıq razılaşmamızın olmasıdır.

 

Bu sazişin müddəti bitərsə, Əlavə Protokolunun statusu ciddi məsələyə çevriləcək və MAQATE öz yoxlamalarını (və nəzarətini) itirdiyindən fərqli vəziyyətdə olacağıq. Düşünürəm ki, JCPOA-nın bütün üzvlərinin anlayışı var ki, bu çətin vəziyyətə düşməmişdən əvvəl bir nəticəyə gəlməliyik.

 

Əlbəttə ki, İrandakı seçkilər bu çətinliyi daha da artıracaq, amma daha əhəmiyyətlisi, MAQATE-nin Əlavə Protokol məsələsində problem yaşamaması üçün daha tez nəticəyə gəlməliyik. Düşünürəm ki, bu müddətdə bir nəticəyə gəlmək mümkündür, əlbəttə şərt ətrafdakı digər insanların da vicdanlı və ciddi olmasıdır”.

İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-ın sanksiyaları ləğv etmək üçün sadəcə sənəd imzalaması kifayət deyil və sanksiyaların ləğvinin təsirlərini praktikada görmək istəyirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-11-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap