header

 İsrail rejiminin əsgərləri fələsinli uşağı gözündən güllə ilə vurdu

 İsrail rejiminin əsgərləri fələsinli uşağı gözündən güllə ilə vurdu

Xəbər mənbələri bu gün (10 aprel) İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərinin mərkəzindəki Əl-Zəviyyə bölgəsində13 yaşlı fələstinli uşaq İzzəddin Əl-Bataşın İsrail rejiminin əsgərləri tərəfindən atılan rezin güllə il gözündən yaralandığını bildiriblər.

Tashaio.com xəbər verir ki, TRT tibbi mənbələrə istinadən fələstinli uşağın şəhərdəki tərəvəz mağazalarından birində olarkən sionist rejimin əsgərlərinin atəşinin hədəfi olduğunu bildirib.

 

Fələstinli uşağın atasın Nidal Əl-Batş Anadolu Agentliyinə (AA) verdiyi açıqlamasında, atılan rezin güllənin 13 yaşlı oğlunun sağ gözünə dəydiyini və İzəddinin vurulduğu an dükanın içərisində olduğunu bildirib.

 

Ata oğlunun zədəsinin ağır olduğunu və gözünü itirəcəyindən narahat olduqlarını qeyd edib.

 

Digər tərəfdən, hadisənin təhlükəsizlik kamerası görüntüsündə İzəddinin çöldəki hadisələri tərəvəz dükanında izlədiyi vaxt plastik güllə ilə vurulduğu görünür.

 

Günortadan sonra Bab Əz-Zəviyyə bölgəsində, qanunsuz sionist məskunlaşma yerlərinə etiraz etmək istəyən fələstinli gənclər və İsrail rejiminin qüvvələri arasında kiçik qarşıdurmalar baş vermişdi.

 

İsrail rejiminin qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllədən istifadə etmişdi.

 

 

 

 



Xəbər mənbələri bu gün (10 aprel) İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərinin mərkəzindəki Əl-Zəviyyə bölgəsində13 yaşlı fələstinli uşaq İzzəddin Əl-Bataşın İsrail rejiminin əsgərləri tərəfindən atılan rezin güllə il gözündən yaralandığını bildiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-11-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap