header

 Yəmən ordusu Səudiyyə rejiminə qarşı daha bir PUA əməliyyatı keçirdi

 Yəmən ordusu Səudiyyə rejiminə qarşı daha bir PUA əməliyyatı keçirdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Əbha Beynəlxalq hava limanındakı hərbi hədəflərə qarşı PUA əməliyyatı keçirdiklərini elan edib.

Tashaio.com xəbər verir ki, general-mayor Yəhya Sərii Tvitter hesabında Yəmən ordusunun PUA birliyinin hava limanındakı həssas hərbi mövqeləri hədəfə aldığını və əməliyyatın dəqiq şəkildə vurduğunu bildirib.

 

Onun sözlərinə görə, bu əməliyyatda Qasif 2K uzaq mənzilli PUA-lardan istifadə edilib. O, hücumun Səudiyyə rejimi koalisiyasının Yəməndə davam edən təcavüzünə cavab olaraq edildiyini söyləyib.

 

 

Raket və PUA hücumlarından qorxan Səudiyyə rejiminin koalisiyası, Yəmənə qarşı hücumlarda iştirak edən hücum təyyarələrini mülki obyektlərdə yerləşdirib.

 

Xamis Muşaitdəki Kral Xalid Hava Bazasının yanında yerləşən Əbha Hava Limanı, koalisiyanın Yəmənə qarşı hava hücumlarının əksəriyyətinin bu iki yerdən həyata keçirildiyi hava limanlarından biridir.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Əbha Beynəlxalq hava limanındakı hərbi hədəflərə qarşı PUA əməliyyatı keçirdiklərini elan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-10-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap