header

 İran XİN: “Qırmızı dənizdə ticarət gəmimiz partlayışa görə bir az ziyan gördü”

 İran XİN: “Qırmızı dənizdə ticarət gəmimiz partlayışa görə bir az ziyan gördü”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Saviz ticarət gəmisinin dünən (6 aprel) səhər Qırmızı dənizdə baş verən partlayış nəticəsində bir qədər zədələndiyini, lakin itki olmadığını bildirib.

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Səid Xətibzadə bu gün keçirdiyi mətbuat brifinqində, Qırmızı dənizdə İranın bir ticarət gəmisinə hücum xəbəri ilə bağlı müxbirin sualına cavab olaraq bunları deyib: “Saviz adlı İranın ticarət gəmisi 6 aprel, yerli vaxtla səhər saat 06:00 radələrində Cibuti sahillərində Qırmızı dənizdə baş verən partlayış nəticəsində yüngül ziyan gördü”.

 

Bundan əvvəl rəsmi orqan olaraq Beynəlxalq Dəniz Təşkilatının açıqlamasına görə, Saviz mülki gəmisi, dəniz yollarında təhlükəsizliyini təmin etmək və dəniz quldurluğu ilə mübarizə aparmaq üçün Qırmızı dəniz və Ədən körfəzində yerləşib. Bu gəmi praktik olaraq İranın Qırmızı dənizdəki logistika stansiyası (texniki dəstək və logistika) rolunu oynayıb və bu səbəbdən həmin gəminin xüsusiyyətləri və vəzifəsi əvvəllər rəsmi olaraq sözügedən quruma bildirilmişdi.

 

Xətibzadə açıqlamasının davamında bunları deyib: “Xoşbəxtlikdən, qəza nəticəsində insan tələfatı olmayıb və qəzanın necə baş verdiyi, həmçinin mənşəyi ilə bağlı texniki araşdırmalar davam edir. Ölkəmiz bununla bağlı beynəlxalq qurumlar vasitəsilə bütün lazımlı tədbirləri görəcək.

 

Ötən gecə gəminin Qırmızı dənizdə qəzaya uğraması barədə təsdiqlənməmiş xəbərlər yayıldı, bəzi mənbələr gəminin hücuma məruz qaldığını və fərziyyələrin olduğunu iddia etdi”.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Saviz ticarət gəmisinin dünən (6 aprel) səhər Qırmızı dənizdə baş verən partlayış nəticəsində bir qədər zədələndiyini, lakin itki olmadığını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap