header

 İordaniyada çevriliş cəhdində İsrail rejiminin barmağı var

 İordaniyada çevriliş cəhdində İsrail rejiminin barmağı var

Sionist mətbuatı sabiq Mossad əməkdaşının İordaniyada baş tutmayan çevriliş cəhdində iştirak etdiyini bildirib.

Tashaio.com xəbər verir ki, Yediot Ahranot qəzeti İordaniya krallığına bağlı saytın keçmiş Mossad agentinin də çevriliş cəhdində iştirak etdiyini yazdığını açıqlayıb.

 

Xəbərə əsasən, İordaniya kral ailəsinə bağlı olan Ammon saytı İsrail rejiminin məxfi xidmətində işləyən keçmiş bir agentin kral Abdullahın ögey qardaşı Şahzadə Həmzə və həyat yoldaşına çevriliş cəhdindən sonra ölkədən qaçmaq üçün təyyarə bileti təklif etdiyini bildirib.

 

Cerusalem Post qəzeti, hazırda Avropada yaşayan Roi Şpuşnik adlı sionistin şahzadə Həmzənin həyat yoldaşına yardım təklifini etiraf etdiyini, ancaq bununla birlikdə, heç vaxt Mossad üçün işləmədiyini söylədiyini bildirib.

 

Şahzadə Həmzə, çevriliş cəhdindən sonra ev dustağına salındığını açıqlamışdı.

 

İordaniya kəşfiyyat rəsmisi, çevriliş cəhdinin həm daxili, həm də xarici dəstəklə planlaşdırıldığını bildirib, lakin heç bir ölkənin adını çəkməyib.

Sionist mətbuatı sabiq Mossad əməkdaşının İordaniyada baş tutmayan çevriliş cəhdində iştirak etdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-05-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap