header

 15 Şəban və Məhdəviyyət

 15 Şəban və Məhdəviyyət

15 Şəban və Məhdəviyyət

 Hicri-qəməri təqvimi ilə 15 Şəban – 29 mart tarixi İslam dünyasında mühüm günlərdən biridir. Çünki bu gün şiələrin 12-ci imamı Həzrət Məhdinin (ə.f.) mübarək mövlud günüdür. Həzrəti Məhdi (ə.f.) hicri tarixi ilə 255 ci ildə anadan olmuş və bir müddət sonra insanların   gözlərindən qeybə çəkilmişdir. Bu qeyb dövrü hələ də davam edir. Bu mövlud gününü İranda, İraqda, Azərbaycanda və digər İslam ölkələrində dindarlar bayram kimi qeyd edirlər.

  Bu il şəmsi təqviminə əsasən (1400-cü il) 15 Şəban bayramı iki dəfə qeyd olunacaqdır. Bu da hamının sevincinə səbəb olmuşdur. Bu ümid və nur günü münasibətilə bütün dünya xilaskarının intizarında olanları təbrik edirəm.

  On beş Şaban haqqında bütün İslam məzhəblərinə məxsus hədis kitablarında sənədlər mövcuddur. Bu gün üçün çoxlu fəzilət nəql edilmişdir. Bu gün dua etmək, oruc tutmaq, namaz qılmaq və s. əməllər tövsiyə olunmuşdur. Yaxşı olar ki, biz müsəlmanlar bu günün və   gecənin  fəzilətlərindən bəhrələnək, tövsiyə olunan ibadətlərdən yerinə yetirək və İmam Zamanın (ə.f.) zühuru üçün dua edək. Burada bir neçə məsələ barədə izah yerinə düşərdi:

 Birinci məsələ:

 Şiə məktəbində intizar savabdır. İmam Sadiqdən (ə) zühuru gözləyən şəxs barədə sual etdikdə, İmam buyurdu: “İmam Məhdini gözləyən şəxs İslam Peyğəmbəri ilə birlikdə olan şəxs kimidir.” Digər yerdə isə belə buyurur: “Elə bil, onunla birlikdə qılınc vurmuş şəxs kimidir.”

 Qeyb dövründə imanı qorumaq çox çətindir. Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurmuşdur: “Ey Əli! Bil ki, ən təəəccüblü imanlar və ən böyük yəqinlər axır zamanda olan bir qrupa aiddir. Onlar Peyğəmbəri görməyib və İmam da gözlərindən qeybdə olar. Onlar ağ üzərndə   olan qaraya (kağız üzərində olan yazıya) iman edərlər.” Buna görə də İmam Səccad (ə) Əbu Xalid Kabuli adlı səhabəsinə belə buyurmuşdur: Qeyb dövründə yaşayan insanlar əgər iki xüsusiyyətə sahib olsalar, bütün zamanlarda olan insanlardan üstün olarlar: 1. imamətə   inanmaq; 2. intizar. Çünki onların imanı Peyğəmbərin və imamların sözlərinə əsasən olar. Onların heç birini görmədən iman gətirərlər. İmam Məhdi zahirdə gözə görünməsə də həyatdadır, biz isə dua, sədəqə və s. əməllərlə özümüzü ona yaxınlaşdırmalıyıq.

 İkinci məsələ:

 İmam Zamanın (ə.f.) qeyb dövründəki rəftarını bilməliyik:

 1. Şiələr barədə məlumatlı olmaq. Həzrəti Məhdi (ə.f.) Şeyx Müfidə belə buyurmuşdur: “Sizdən heç nə bizə gizli deyildir.”

 Bu bizim canlı bir imamı gözlədiyimizi göstərir. Digər dövrlərdə olanlar imamların harada olduğunu bilirdilər, lakin biz bunu bilmirik. Bununla da, biz onun zühurunun gözləyənləriyik.

 2. Şiələrin işlərinə diqqət yetirmək. Bəzən, bir dua və ya bir nəzir ilə çətinliklər həll olur. İmamın özü buyurur: “Əgər biz şiələrin fikrində olmasaydıq, düşmənlər onları məhv edərdilər.”

3. Dualarmız, sədəqə və sairə ilə İmam Zamanı xatırlamağımız.

4. Şiələrin işlərini və əməl dəftərlərini Ona verirlər. Bunlar İmamın həyatda olması və zühur edəcəyini göstərir. Biz İmamın anadan olmasını deyil, onun zühurunu gözləyirik. Diqqət yetirməliyik ki, bəzi şübhələr bizi yoldan azdırmasın. Zühur üçün vaxt təyin edənlər yalançı insanlardır. Çünki Onun özü zühur vaxtını təkzib edir və bir yerdə buyurur: “Zühur üçün vaxt təyin edənlər həlak oldular.”

Üçüncü məsələ: İmam zühur etdikdə, haradan başlayacaq və nə işlər görəcək? Görəsən, kapitalizm, yoxsa kommunizm iqtisadiyyatını yayacaq?

Bu salın cavabında imamlardan nəql olunan bir hədisdə deyilir: İmam zühur etdikdə, 4 iş əsas olacaq:

1. Allahın kitabına üz tutacaq və bu onu ölümdən xilas edəcək. Quranda buyurulanları yayacaq. Valideynə hörmət, insanlar arasında məhəbbət, sələmsiz iqtisadiyyat, halal yemək, qeybətsiz həyat və Allah kitabında buyurulanların hamısı.

2. Allah Rəsulunun (s) sünnəsinə əməl etmək.

3. Əli ibn Əbu Talibin (ə) vilayəti.

4. Düşmənlərindən bezarlıq.

Şiələrin əqidəsinə görə, hər bir şey Quranda var və İmam Məhdi (ə.f.) Qurani-Kərimə əsasən hərəkət edəcək.

Dördüncü məsələ: Bu gün İmam Zamanın zühuru İslam cəmiyyətlərində bir neçə xətər ilə üzbəüzdür:

1. Birincisi budur ki, bəziləri digərlərinin cahil olmasından istifadə edərək qeybət mövzusundan sui-stifadə edirlər. Özlərini İmam Zaman adlandırır və ya onunla əlaqədə olduqlarını iddia edirlər ki, digərlərini öz arxalarınca çəksinlər və bu hədislərin ziddinədir.

2. Zühur əlamətlərinin tətbiq edilməsi. Bəziləri rəvayət və hədislərdənə istifadə etməklə onları tətbiq etmək istəyirlər. Misal üçün, Yəmən müharibəsi, İŞID-in qara bayraqlar ilə ortaya çıxması kimi məsələlər. Zühur üçün dəqiq vaxt deyilməyib və xalqın etiqadları ilə oynamaq olmaz. Bəli, 5 qəti əlamət vardır: bunlar Süfyaninin çıxması, onun Məkkə yaxınlığında öldürülməsi, səmavi səs, Yəmaninin çıxması və Nəfsi-Zəkiyyənin qətli. Ancaq bütün bunların nə zaman baş verəcəyini bilmirik.

3. İmam Zamn (ə.f.) həmişə qəzəbli şəxs kimi təqdim edilir və onun hamını qılınc ilə öldürəcəyi deyilir. Burada İmamın əsl simasını göstərmirik və onun rəhmani sifətini tanıtmırıq. Onun rəftarı Peyğəmbərin (s) rəftarı kimidir. Təəsüf ki, onun qəzəbi mehribançılığından daha çox təbliğ olunur. İmam mehribandır və daim müsəlmanlara dua edir və onları Allah yoluna dəvət edir. Əlbəttə, Allah düşmənləri ilə yola getməyəcəkdir.

4. Dördüncüsü isə vaxt təyin etməkdir. Kitablar yazaraq vaxt təyin edirlər. Ancaq İmam özü buyurur: “Vaxt təyin edənləri təkzib edin.” Zühur məsləsi Qiyamət məsələsi kimidir. Məxsus zamanı yoxdur və birdən baş verəcəkdir. Buna görə də İmam Zamanla daim əlaqədə olduğunu, yaxud “o, filan tarixdə zühur edəcək” deyən yalançıdır.

Bu qeyd edilənlərdən anlayırıq ki, İslam dini və şiə məktəbi ümidverici və məntiqidir. Allahın rəhmani və lütf sifəti burada hakimdir. Biz İmam Zamanın yolunu getməklə Qeyb dövrünün fəlsəfəsi və İmamın zühuru ilə xurafatdan çəkinməliyik. Dini fəlsəfənin gücü ilə bu məsələni olduğu kimi dünyaya çatdırmalıyıq. İmam Məhdi (ə.f.) mehriban və ədaləti bərqərar edən imamdır. Bu gün bayram və dua etmək lazımdır ki, Allah Onun zühurunu tezləşdirsin. Sözsüz, o da bizim üçün dua edir. Çünki o da Peyğəmbər və digər imamlar kimi axır zamanda yaşayan ümmət üçün narahatdır; o ümmət ki, öz imamlarını görməs də, yazılı olanlara iman gətirib həqiqi dinə əməl edirlər.

Bir daha bu gün münasibətilə bütün müsəlmanları və azadlıq sevənləri təbrik edirəm.

 

Q. Əli Purmərcan

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri

15 Şəban və Məhdəviyyət
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-28-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap