ABŞ-ın Əynul Əsəd bazası belə vuruldu
ABŞ-ın Əynul Əsəd bazası belə vuruldu
Posted on : Digər sahələr 12/13/1399
İraq mənbələri ABŞ-ın Əynul Əsəd aviabazasının raketlərlə hədəfə alındığını xəbər verib.
Tashaio.com xəbər verir ki, Sabreen News Teleqram kanalı bu gün (3 mart) İraqın qərbindəki Əl-Ənbar vilayətindəki Əynul Əsəd aviabazasına 10 katyuşa raketinin atıldığını bildirərək, hücumda istifadə edilən çoxsaylı raket qurğusunun fotoşəkillərini paylaşıb. Atış qurğusu KİA markalı yük maşının alt hissəsində gizlədilib, hansı ki, raket əməliyyatında tamamilə məhv olub.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının İŞİD-lə mübarizədə beynəlxalq koalisiyasının sözçüsü Vayne Marotto Tvitterdə açıqlama verərək, bazanın bu gün yerli vaxtla saat 07:20-də 10 raketlə hədəfə alındığını bildirmiş və İraq Xüsusi Xidmətinin hücumla bağlı istintaq başlatdığını qeyd etmişdi.
***
İraq mənbələri ABŞ-ın Əynul Əsəd aviabazasının raketlərlə hədəfə alındığını xəbər veriblər.
Deyerler.org xəbər verir ki, Sabreen News Teleqram kanalı bu gün (3 mart) İraqın qərbindəki Əl-Ənbar vilayətindəki Əynul Əsəd aviabazasına 10 katyuşa raketinin atıldığını bildirib.
Ancaq Shafaq News xəbər şəbəkəsi isə, bir təhlükəsizlik mənbəyinə istinadən verdiyi xəbərində Əynul Əsəddəki ABŞ aviabazasının dörd katyuşa raketi ilə hədəfə alındığını bildirib.
Sabreen News, ABŞ qüvvələrinin Əynul Əsəd aviabazasındakı hərbi hissəsini bağladığını və qoşunlarını gözətçi qülləsindən çıxardığını bildirib. Xəbərdə yaralı ABŞ əsgərlərinin helikopterlərlə təxliyə edildiyi bildirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının İŞİD-lə mübarizədə beynəlxalq koalisiyasının sözçüsü Vayne Marotto Tvitterdə açıqlama verərək, bazanın bu gün yerli vaxtla saat 07:20-də 10 raketlə hədəfə alındığını bildirib. Sözçü İraq Xüsusi Xidmətinin hücumla bağlı istintaq başlatdığını bildirərək, əlavə məlumat mövcud olduqda yayımlanacağını bildirib.