Hacı İlqar İbrahimoğlu İranda Qarabağla bağlı beynəlxalq konfransda çıxış edib
Hacı İlqar İbrahimoğlu İranda Qarabağla bağlı beynəlxalq konfransda çıxış edib
Posted on : Digər sahələr 03/02/2021
“İkinci Qarabağ müharibəsi zamanı Allahın inayəti və lütfü Azərbaycan xalqının üzərində idi”.
İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycanın tanınmış ruhanisi, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri hacı İlqar İbrahimoğlu Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
Azərbaycanın və İslam dünyasının şəhidlərinin mənəvi məqamlarından və onların şəhadətinin əhəmiyyətindən danışan ilahiyyatçı alim, 44 günlük müharibəni "İlahi günlə"r adıandırıb. O, bildirib ki, bütün bu günlərdə Azərbaycan xalqı Allahın lütfünü və köməyini hiss edib.
O, muharibə zamanı Azərbaycanın haqlı olduğunu bəyan edərək, ölkəmizi dəstəkləyən İranın Ali dini liderinə və imam-cümələrə təşəkkür edib.