header

 Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət

 Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət

Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: “İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.

İmam (ə) buyurdu: “Sənə 9 şeyi tövsiyə edirəm ki, bunlar Allah Təala yolunun talibləri üçündür. Allahdan istəyirəm ki, sənə onları həyata keçirtmək tövfiqi versin. Bu 9 şeydən üçü nəfsin islahına aiddir. 3 şey səbrə və 3 şey də elmə aiddir.

 

Bunları öyrən və zinhar ki, onları dəyərsiz hesab edəsən.

O üç şey ki, nəfsin islahına aiddir, ibarətdirlər:

1. O şey ki, ona iştahan və meylin yoxdur – onu yeməkdən çəkin. Çünki, bu iş axmaqlıq yaradar.

2. O zamana qədər ki, ac deyilsən – yemək yemə.

3. Nə zaman yemək yesən– halal yemək ye və Allahın adını çək.

 

O üç şey ki, səbrə aiddir, bunlardır:

1. O zaman ki, kimsə sənə desə ki, əgər bir söz desən, on dənə eşidəcəksən, cavabında de: əgər on dənə desən, bir dənə belə, eşitməyəcəksən.

2. Əgər kimsə sənə söyüş söyərsə, ona de: Əgər dediklərin doğrudursa, Allahdan istəyirəm ki, məni bağışlasın. Əgər yalan olarsa, Allahdan istəyirəm ki, səni bağışlasın.

3. Əgər kimsə sənə çirkin söz deyərsə, sən ona nəsihət ver və yol göstər.

 

O üç şey ki, elmə aiddir, bunlardır:

1. O şeyi ki, bilmirsən, alimlərdən soruş və zinhar ki, dalaşmaqla onlardan bir şey soruşasan.

2. Zinhar ki, öz rəyinlə bir iş görəsən və işlərində o yerə qədər ki, mümkündür – ehtiyata əməl et.

3. Fətva verməkdən çəkin, necə ki, şirdən qaçırsan. Boynunu insanlar üçün körpü qərar vermə””. (Hədənə)

Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: “İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-28-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap