Bağdadın şimalında Həşd Şəbi və İŞİD arasında güclü döyüşlər baş verib
Bağdadın şimalında Həşd Şəbi və İŞİD arasında güclü döyüşlər baş verib
Posted on : Digər sahələr 02/22/2021
Xəbər mənbələri İraqın paytaxtı Bağdadın şimalında Həşd Şəbi qüvvələri ilə İŞİD terrorçu ünsürləri arasında şiddətli döyüşlərin getdiyini bildirib. Həşd Şəbinin 12-ci briqada qüvvələri bazar günü Bağdadın şimalındakı Əl-Tarimiyyə bölgəsində İŞİD-in qalan ünsürlərinə qarşı şiddətli döyüşlər aparıb.
"Tashaio.com"ın parstoday-a istinadən verdiyi xəbərə görə, İraqın baş naziri Mustafa Əl-Kazimi Bağdadın Əl-Tarimiyyə bölgəsindəki İraq ordusunun mövqelərinə yollanaraq, İŞİD terrorçu qalıqların tam məhv edilməyənə qədər onları təqib etmək üçün əməliyyatları davam etdirməyin zəruri olduğunu vurğulayıb. Əl-Tarimiyyə bölgəsi Bağdad şəhərinin strateji təhlükəsizlik kəmərinin bir hissəsi sayılır. Bağdaddakı partlayışlardan sonra İraq ordusu İŞİD yaraqlılarına qarşı əməliyyatları gücləndirərək, terrorçuların İraqda yüksək rütbəli hesab edilən bir neçə üzvlərini öldürüb.