header

 İran İraqla sərhədlərini bağladı

 İran İraqla sərhədlərini bağladı

Koronavirusun İranda, əsasən də cənub-qərb yerləşən Xuzistan vilayətində yayıldığını nəzərə alaraq İranın İraqla sərhədlərinin bağlanmasına qərar verilib.

IRNA agentliyi bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın Koronavirusla Milli Mübarizə Komitəsi İcra qərargahının rəhbəri və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

 

Ə.Rəhmani Fəzlinin sözlərinə görə, İranın Xuzistan vilayətinə giriş-çıxış, bu vilayətin şəhərləri arasında hərəkətlərə məhdudiyyət tətbiq edilib.

 

İranlı nazir əlavə edib ki, Novruz bayramının yaxınlaşması ilə əlaqədar kütləvi toplantılar, sərgilərin keçirilməsi qadağan edilib. Həmçinin, şəhərlərarası yollarda hərəkətlərə ciddi şəkildə nəzarət olunacaq.

 

Rəhmani Fəzli müxtəlif ölkələrdən satın alınan vaksinlərin tez bir zamanda İrana gətirilməsi ilə əlaqədar müvafiq qərarların qəbul edildiyini deyib.

Koronavirusun İranda, əsasən də cənub-qərb yerləşən Xuzistan vilayətində yayıldığını nəzərə alaraq İranın İraqla sərhədlərinin bağlanmasına qərar verilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap