header

 ABŞ Yəmənin Ənsarullah hərəkatına qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib

 ABŞ Yəmənin Ənsarullah hərəkatına qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib

ABŞ-ın Maliyyə Nazirliyi Yəmənin Ənsarullah hərəkatına qarşı tətbiq etdiyi "sanksiyaları" ləğv etdiyini açıqlayıb.

Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Maliyyə nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsi (U.S. Department of the Treasury's Office of Foreign Assets Control-OFAC) öz internet səhifəsində elan edib ki,  Yəmənin Ənsarullah hərəkatına qarşı "terrorizmlə mübarizə" adı ilə tətbiq olunan sanksiyaları ləğv edir. 
 
OFAC  bildirib ki, sanksiyaların ləğvi  Ənsarullah hərəkatının adının  xarici terror təşkilatları siyahısından çıxarılmasından sonra ləğv olunur.
 
Qeyd edək ki,ABŞ Dövlət katibi Entoni Blinken 16 fevral tarixindən etibarən Yəmən "Ənsarullah" hərəkatını xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlamışdı. Yəmən İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli əl-Husi də bildirmişdi ki,  "Blinkenin açıqlaması Yəmənin düşmənlərinin "Ənsarullah"ın ölkəni qorumaqdakı qanuni fəaliyyətlərini qəbul etdiklərinə işarədir". 
ABŞ-ın Maliyyə Nazirliyi Yəmənin Ənsarullah hərəkatına qarşı tətbiq etdiyi "sanksiyaları" ləğv etdiyini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-17-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap