header

 Yəmən ordusu Səudiyyə rejiminin iki aeroportunu PUA-larla vurdu

 Yəmən ordusu Səudiyyə rejiminin iki aeroportunu PUA-larla vurdu

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Ciddə və Əbha beynəlxalq hava limanlarındakı hərbi mövqeləri pilotsuz təyyarələrlə hədəfə aldıqlarını elan edib.

Tashaio.com xəbər verir ki, general-mayor Yəhya Sərii az əvvəl Tvitter üzərindən paylaşdığı mesajında bunları qeyd edib: “Allahın lütfü ilə Yəmənin PUA birliyi bu gün (15 fevral) Səməd 3 və Qasef 2K tipli iki PUA ilə Ciddə və Əbha iki beynəlxalq hava limanını hədəfə aldı. Hədəflər çox dəqiq şəkildə vuruldu və iki hava limanının ardıcıl iki saat bağlanmasına səbəb oldu.

 

Əməliyyat Səudiyyə rejiminin koalisiyasının təcavüzünün artmasına və Yəmənin blokadasına qarşı təbii və qanuni cavabın bir hissəsi idi. Bütün vətəndaşları bir daha (Səudiyyə rejiminin koalisiyası) tərəfindən hərbi məqsədlər üçün istifadə olunan hava limanlarından və bazalardan uzaq durmağı barədə xəbərdar edirik”.

 

Bu, Yəmən ordusunun Səudiyyə rejiminin cənubundakı Əbha hava limanına son bir həftədə həyata keçirdiyi beşinci PUA hücumudur.

 

Dünən (14 fevral) Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səməd 2 və Səməd 3 PUA-ları ilə Əbha Hava Limanını hədəfə aldığını bildirmişdi.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Ciddə və Əbha beynəlxalq hava limanlarındakı hərbi mövqeləri pilotsuz təyyarələrlə hədəfə aldıqlarını elan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-16-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap