header

 Bayden və Trampın siyasətləri Suriya ilə əlaqədar fərqlənmir

 Bayden və Trampın siyasətləri Suriya ilə əlaqədar fərqlənmir

ABŞ qüvvələri Suriya, İraq və Türkiyə arasındakı sərhəd üçbucağında yeni hərbi baza inşa edir. Bu Vaşinqtonun hələ də Suriyadakı işğalı davam etdirməyi düşündüyünü göstərir.

Tashaio.com xəbər verir ki, ABŞ qüvvələri Suriyanın şimal-şərqində Əl-Hasəkə vilayətində yeni hərbi baza qurmağı planlaşdırır.

 

Livanın Əl-Məyadin şəbəkəsi yazr ki, ABŞ neft quyularına dəstək missiyasından imtina etdiyini bildirir, ancaq bu, ABŞ-ın hərbi əməliyyatına açıq aşkar ziddir.

 

Şəbəkəyə görə, ABŞ koalisiyası hərbi kontingentini gücləndirmək üçün bu bazanı Suriya, İraq və Türkiyə arasındakı sərhəd üçbucağında qurmaq niyyətindədir, ancaq sual budur ki, bunun kürd yaraqlılarını Suriyadan ayrılmağa təhrik etməsi ilə nə əlaqəsi var?

 

Məlumata görə, İdlibdə Böyük Britaniya ilə əlaqəli Ağ Dəbilqəlilər kimi tanınan ünsürlər və terrorçular yenidən ortaya çıxıb. Rusiya, bu qrupun üzvlərinin Suriya hökumətini ittiham etmək üçün yeni kimyəvi hücumlar axtarışında olduğunu bildirir.

 

Şərqi və Cənubi Asiya üzrə hərbi ekspert və ABŞ Milli Müdafiə Universitetinin professoru David de Roş Əl-Məyadinə açıqlamasında bunları deyib: “Co Bayden hökuməti bu hərəkəti ilə qüvvələrinin Suriya torpaqlarında mövcudluğunu nəzərdən keçirdi. Suriyaya gəlincə, Bayden və Donald Tramp administrasiyaları arasında heç bir fərq yoxdur. Vaşinqton İraqdan ayrıldı və İran girdi ... Bu ssenarinin təkrarlanmasını istəmirik”.

 

Strateji məsələlər üzrə mütəxəssis də Əl-Məyadinə bunları deyib: “ABŞ hökumətinin Suriyada heç bir strategiyası yoxdur. Vaşinqtonun Suriya neftinə ehtiyacı yoxdur, sadəcə mənfəəti uğrunda Suriya xalqı ilə mübarizə aparmaq istəyir.

 

Vaşinqton bölgədəki parçalanmanı vurğulamağa davam edir, lakin Suriyadakı strategiyasında uğursuz oldu. Bu səbəbdən Dəməşqə qarşı ən sərt sanksiyalar tətbiq etdi”.

ABŞ qüvvələri Suriya, İraq və Türkiyə arasındakı sərhəd üçbucağında yeni hərbi baza inşa edir. Bu Vaşinqtonun hələ də Suriyadakı işğalı davam etdirməyi düşündüyünü göstərir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-16-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap