header

 Suriya: “İsrail rejimi regional təhlükəsizlik və dünyada sülhə təhdiddir”

 Suriya: “İsrail rejimi regional təhlükəsizlik və dünyada sülhə təhdiddir”

Suriyanın BMT-dəki daimi nümayəndəsi İsrail rejiminin işğalına və ərəb dünyasındakı törətdiyi hərbi cinayətlərə biganə münasibət nümayiş etdirən Təhlükəsizlik Şurasını tənqid edərək, işğalın davam etməsinin regional təhlükəsizlik və dünya sülhü üçün təhdid olduğunu söyləyib.

Tashaio.com xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini və Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri dünən (26 yanvar) Təhlükəsizlik Şurasının iclasında Qərbi Asiyadakı vəziyyətlə bağlı çıxışında bunları deyib: “İsrail rejiminin Ərəb torpaqlarını işğal etməsindən 50 ildən çox vaxt keçməsinə və bu işğalın regional sabitlik və təhlükəsizlik üçün və beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid olmasına baxmayaraq, işğal bu günə qədər davam edir və bu, Təhlükəsizlik Şurasının bölgəmizdə davam edən gərginlik və qarşıdurmanın əsas səbəbi olan işğala son vermək məsuliyyəti praktikasında aşkar şəkildə uğursuzluğunun bir əlamətidir”.

 

Suriyanın SANA Xəbər Agentliyinə görə, Suriya rəsmisi belə deyib: “Təhlükəsizlik Şurası 54 ildir ki, işğalçı rejimin səlahiyyətlilərini düşmənçilik hərəkətləri, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduqları və işğal olunmuş ərəb torpaqlarının vətəndaşlarına qarşı sistematik terror və repressiv hərəkətlərinə görə, mühakimə edə bilmir. Bəzi Qərb ölkələri ABŞ-ın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının daimi üzvləridir”.

 

O, ABŞ-ın BMT Nizamnaməsi prinsiplərinə riayət etmək və beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq vəzifəsi və məsuliyyətindən çəkindiyini qeyd edib: “ABŞ-ın Təhlükəsizlik Şurasına üzvlüyü, işğalçı İsrail rejimini və İsrail rejimi nümayəndələrinin istənilən sorgu və cəzadan qaçmasını dəstəkləyən platforma halına gəlib ki, rejim hərbi cinayətləri və qeyri-insani cinayətlər və geniş insan hüquqları pozuntularını davam etdirə bilsin.

 

İsrail rejimi son təcavüzündə Suriyanın Həma şəhərini bombaladı, valideyn və iki uşağı da əhatə edən bir ailəni öldürdü, eyni ailənin digər dörd üzvünü yaraladı və bir sıra günahsız insanların evlərini dağıtdı.

 

Bir ildən az müddətdə İsrail rejimi Suriyaya əlli dəfədən çox hücum etdi və bu çoxlu sayda mülki şəxsin şəhid olması və əmlaklarının və mallarının dağıdılması ilə müşayiət olundu və eyni zamanda işğalçı rejimin rəsmiləri Suriyanın Qolan bölgəsindəki insan haqlarını sistematik şəkildə pozmağa davam edir. Cinayətləri arasında məskunlaşdırma, irqi ayrıseçkilik, sakinlərin özbaşına həbsi, Qolanın təbii sərvətlərinin talan edilməsi və s. var.

 

Bölgənin sabitliyi və BMT-nin etibarlılığının qorunması İsrail rejiminin Qolan yüksəklikləri də daxil olmaqla ərəb torpaqlarını işğalına son qoyulması ilə əlaqəli beynəlxalq qətnamələrin həyata keçirilməsi üçün lazımlı tədbirlərin görülməsini tələb edir. Qolan yüksəklikləri Suriyanın ayrılmaz hissəsidir”.

Suriyanın BMT-dəki daimi nümayəndəsi İsrail rejiminin işğalına və ərəb dünyasındakı törətdiyi hərbi cinayətlərə biganə münasibət nümayiş etdirən Təhlükəsizlik Şurasını tənqid edərək, işğalın davam etməsinin regional təhlükəsizlik və dünya sülhü üçün təhdid olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap