header

 İsrail rejimi yeni tikilən məscidi dağıtdı

 İsrail rejimi yeni tikilən məscidi dağıtdı

Sionist İsrail rejiminin yaraqlıları İordan çayının qərb sahilinin cənubunda tikilməkdə olan məscidə hücum edib. Səhər saatlarında sionist rejimin hərbi maşınları, Əl-Xəlilin cənubundakı Yata şəhərinin şərqində yerləşən Umm Keşa bölgəsini mühasirəyə alıb və tikilməkdə olan 140 kvadrat metr sahəli məscidi dağıdıb.

"Tashaio.com"ın parstoday-a istinadən verdiyi xəbərə görə, şahidlərin bildirib ki, sionistlər məscidin yanındakı məktəbin istifadə etdiyi quyunu da dağıdıb. Xəbər verildiyi kimi, bir neçə gün əvvəl sionist İsrail rejiminin hərbçiləri, tikinti aparmağa icazənin olmaması bəhanəsi ilə bölgə sakinlərinə məscidin sökülməsi barədə xəbərdarlıq edib. Məscid 1995-ci il Oslo sazişinə əsasən müəyyən ərazidə yerləşir, işğalçı rejim isə tikintinin aparılması üçün icazənin olmadığını bəhanə edərək, ərazidə hər hansı bir tikintini qadağan edir və istədiyi tikilini min bir bəhanə ilə dağıdır.

Sionist İsrail rejiminin yaraqlıları İordan çayının qərb sahilinin cənubunda tikilməkdə olan məscidə hücum edib. Səhər saatlarında sionist rejimin hərbi maşınları, Əl-Xəlilin cənubundakı Yata şəhərinin şərqində yerləşən Umm Keşa bölgəsini mühasirəyə alıb və tikilməkdə olan 140 kvadrat metr sahəli məscidi dağıdıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap