header

 Səudiyyə rejimi Əhli-Beyt (ə) məddahını azadlıqdan məhrum etdi

 Səudiyyə rejimi Əhli-Beyt (ə) məddahını azadlıqdan məhrum etdi

Yanvarın 25-i Səudiyyə rejiminin şərqindəki Əl-Dammam şəhərinin cinayət məhkəməsi Əhli-Beyt (ə) məddahını digər səkkiz şiə ilə birlikdə 9 ay həbs cəzasına məhkum edib.

Tashaio.com xəbər verir ki, Əl-Cəzirə saytının verdiyi məlumata görə, məddah keçən il oktyabrın 4-də İmam Hüseynin (ə.s) Ərbəin mərasimi münasibətilə təqdimatının videosu yayımlandıqdan sonra həbs olunmuşdu. Onunla videoda görünən Əli Əl-Əbdülmuhsin, Muhamməd Əbdürrasul, Mahmud Əl-Sultan, Hani Əl-Qazi, Heydər Əl-Saleh, Əhməd Əl-Qureyşi, Əhməd İbn Əli Əl-Hacı və Əun Əl-Hacı adlı Əhli-Beyt (ə) ardıcılları da həbs olunub.

 

Yerli ictimai fəalın verdiyi açıqlamada, həbs olunan məddahın və həbs olunan gənclərin heç bir cinayət törətmədikləri və videolarını yalnız İmam Hüseynin (ə) Ərbəini ilə bağlı YouTube saytında video yerləşdirdikləri bildirilib.

 

“İndiyə qədər onlar üçün məhkəmə iclasları keçirilməyib və ittihamların dinlənilməsi və istintaq prosesi başa çatmayıb”, - deyə o, bildirib.

 

O, insan haqları təşkilatlarını bu gəncləri sərbəst buraxmaq üçün Səudiyyə rejiminə təzyiq göstərməyə çağırıb. Sözügedən Əhli-Beyt (ə) məddahının həbsinə cavab olaraq, şiə sosial şəbəkə istifadəçiləri virtual səhifələrdə İmam Hüseyni (ə) sevməyin Səudiyyə rejimində cinayət olduğunu və Əhli-Beyt (ə) sevdalılarının cəzalandırıldığını paylaşıblar.

 

Bu yaxınlarda Səudiyyə rejiminin agentləri Seyid Haşim Əl-Şahs, Şeyx Abbas Əl-Səid və Seyid Xızr Əl-Əvami adlı üç Əhli-Beyt (ə) ardıcılı olan ruhanini həbs ediblər. İndiyə qədər Əhli-Beyt (ə) ardıcıllarından olan 16 din xadimi Yəmən müharibəsinə qarşı çıxdıqları və şəhid Şeyx Baqir Ən-Nimrin edam edilməsini qınadıqları üçün həbs olunub.

Yanvarın 25-i Səudiyyə rejiminin şərqindəki Əl-Dammam şəhərinin cinayət məhkəməsi Əhli-Beyt (ə) məddahını digər səkkiz şiə ilə birlikdə 9 ay həbs cəzasına məhkum edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap