Terrorçu İŞİD ünsürləri İraqın Salahəddin əyalətinə hücum edib
Terrorçu İŞİD ünsürləri İraqın Salahəddin əyalətinə hücum edib
Posted on : Digər sahələr 01/25/2021
Həşd Şəbi səfərbərlik qüvvələri ölkənin şimalındakı Səlahəddin əyalətində İŞİD terrorçu qruplaşmasının qalıqları ilə qarşıdurma yaşayıb. Nəticədə Həşd Şəbi qüvvələrinin 11 üzvü şəhid olub. Məlumaa əsasən, İŞİD terror qruplaşmasının qalıqları Salahəddin vilayətinin Həmrin rayonundakı Əl-Ayt bölgəsində Xalq Səfərbərlik Qüvvələrinin 22-ci briqadasının mövqelərinə hücum edib.
"Tashaio.com"ın parstoday-a istinadən verdiyi xəbərə görə, terrorçuların hücumu zamanı digər 10 əsgərlə birlikdə İraq Xalq Səfərbərlik Qüvvələrinin 22-ci briqadasının 3-cü alay komandiri də şəhid olub. İraq mənbələri İŞİD ünsürlərinin hücumunu dəf edilməsi əməliyyatının və Əl-Ayt bölgəsində qarşıdurmaların davam etdiyini bildirib.
Qeyd edildiyi kimi terrorçular Həşd Şəbi qüvvələri tərəfindən mühasirəyə alınıb. İraq qoşunları İran İslam Respublikasının məsləhətçilərinin köməyi sayəsində 2017-ci ildə noyabrın 17-si Ənbar vilayətindəki Rava şəhərini (İŞİD-in İraqdakı son bazası) azad etməyə müvəffəq olub. Bu şəhərin azad edilməsi ilə İŞİD-in İraqdakı fəaliyyətləri boşa çıxdı. İŞİD terror qruplaşmasının məğlub olmasına baxmayaraq, terrorçu ünsürlər hələ də ölkənin müxtəlif bölgələrində terror aktlarını həyata keçirməyəı çalşır.