header

 Yəmənin cənub-qərbində İŞİD terrorçularının komandiri yaxalanıb

 Yəmənin cənub-qərbində İŞİD terrorçularının komandiri yaxalanıb

Yəmən Daxili İşlər Nazirliyi bildirib ki, Yəmənin cənub-qərbində, Taiz əyalətində İŞİD terror qruplaşmasının liderlərindən birinin həbs olunub. Yəmənin Daxili İşlər Nazirliyinin təhlükəsizlik səlahiyyətliləri Əl-Həyma əl-Uliyyə bölgəsində Əbu Ubeyd əl-Taizi ləqəbi ilə tanınan İŞİD terror qruplaşmasının lideri Məhəmməd Əhməd Sarhanın həbs edildiyini açıqlayıb.

"Tashaio.com"ın parstoday-a istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs bölgənin gənc sakinlərinin İŞİD lehinə döyüşməyə cəlb edilməsində mühüm rol oynayıb. Bundan əvvəl Yəmən Milli Qurtuluş Hökumətinin daxili işlər naziri Əbdül Kərim əl-Husi Səudiyyə rejiminin koalisiyasının Yəmən qüvvələrinə qarşı müharibədə İŞİD və Əl-Qaidə yaraqlılarından istifadə etdiyini bildirmişdi. Bu günə qədər, İŞİD və Əl-Qaidə terror qruplarının bir sıra lideri Yəmənin cənubundakı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib ya məhv edilib. Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin işğalçı koalisiyası Yəmənin cənub bölgələrinə nəzarət edir və həmin ərazilərdə İŞİD və Əl-Qaidə terror təşkilatının yaraqlıları rahat fəaliyyət göstərir.

Yəmən Daxili İşlər Nazirliyi bildirib ki, Yəmənin cənub-qərbində, Taiz əyalətində İŞİD terror qruplaşmasının liderlərindən birinin həbs olunub. Yəmənin Daxili İşlər Nazirliyinin təhlükəsizlik səlahiyyətliləri Əl-Həyma əl-Uliyyə bölgəsində Əbu Ubeyd əl-Taizi ləqəbi ilə tanınan İŞİD terror qruplaşmasının lideri Məhəmməd Əhməd Sarhanın həbs edildiyini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-25-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap