header

 Ər-Riyad Trampdan sonra: “Yəməndə müharibəni dayandırmaq istəyirik!”

 Ər-Riyad Trampdan sonra: “Yəməndə müharibəni dayandırmaq istəyirik!”

Səudiyyə rejiminin xarici işlər naziri bildirib ki, Yəməndə hərtərəfli atəşkəs istəyirlər və ABŞ-ın yeni rəhbərliyi ilə hərəkətləri koordinasiya edə bilərlər.

Tashaio.com xəbər verir ki, Səudiyyə rejiminin xarici işlər naziri Faysal bin Fərxan Əl-Səud Al-Arabiyaya verdiyi müsahibədə bunları deyib: “Ər-Riyad Yəmənə qarşı apardığı müharibəni dayandırmağa çalışır”.

 

O, Səudiyyə rejiminin Yəmənə qarşı rəhbərlik etdiyi koalisiyanın bu ölkədə atəşkəs üçün maneə olmadığını iddia edib.

 

Faysal bin Fərxan, Tramp administrasiyasının dövrü ilə müqayisədə yumşaq danışaraq yeni ABŞ rəhbərliyinin Yəməndəki müharibəyə yanaşmasından danışıb: “İnanırıq ki, Bayden hökuməti bu işi (Yəməndəki müharibəni) qiymətləndirərsə, Səudiyyə rejimi və (Yəmən əleyhinə Ərəb) koalisiyasının hədəfləri ilə Bayden hökumətinin hədəfləri ilə uyğun olduğunu görəcək.

 

Hamımız müharibənin sona çatması və hərtərəfli atəşkəsdən sonra siyasi prosesin başlanğıcını axtarırıq”.

 

ABŞ-ın eks-prezidentinin Yəmənin Ənsarullah hərəkatını terror təşkilatı adlandırmasına da toxunan Faysal, belə bir qərar və hərəkətin Ənsarullahı Yəmən siyasi prosesində iştirak etməyə məcbur edəcəyinə ümid etdiyini bildirib.

 

Səudiyyə rejiminin xarici işlər naziri Ər-Riyadın Yəməndə atəşkəs üçün ilkin şərtlərini təkrarlayaraq, Yəmənin BMT-nin vasitəçiliyi ilə ağlabatan şərtlərə razı olmalı olduğunu söyləyib.

Səudiyyə rejiminin xarici işlər naziri bildirib ki, Yəməndə hərtərəfli atəşkəs istəyirlər və ABŞ-ın yeni rəhbərliyi ilə hərəkətləri koordinasiya edə bilərlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-23-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap