header

 Xristian din xadimi Şeyx Zəkzakini müdafiə etdi

 Xristian din xadimi Şeyx Zəkzakini müdafiə etdi

Nigeriyalı xristian din xadimi Roland Sanda Şeyx İbrahim Zəkzaki barəsində danışıb.

O, açıqlamasında bildirib ki, Şeyx İbrahim Zəkzaki insanlara qarşı edilən ədalətsizliklərə etiraz edir.   

"Mən onu dəstəkləyirəm. Çünki Şeyx Zəkzaki mənim fikrimcə, sülh elçisi, insan haqları müdafiəçisi və yaxın tarixin ən yaxşı din xadimlərindəndir", - deyə Roland Sanda diqqətə çatdırıb. 

 Şeyx İbrahim Zəkzakinin öz tərəfdarlarını xristianlar ilə yaxşı münasibət qurmağa təşviq etdiyini xatırladan Roland Sanda onun insanları heç bir halda xristian əhaliyə qarşı nifrət yaradan çıxışlar etmədiyini də sözlərinə əlavə edib. 

 O, qeyd edib ki, Şeyx İbrahim Zəkzaki və lideri olduğu "Nigeriya İslam Hərəkatı" səbəbsiz yerə hökumətin hədəfinə gəlib: "Şeyx İbrahim Zəkzaki zülmə məruz qalıb. Onun övladları, tərəfdarları öldürülüb, həyat yoldaşı ilə özü illərdir saxta ittihamlarla həbsxanadadır".

Nigeriyalı xristian din xadimi Roland Sanda Şeyx İbrahim Zəkzaki barəsində danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-20-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap