header

 Bəhreyn həbsxanasında Əhli-Beyt (ə) aliminə işgəncə edilir

 Bəhreyn həbsxanasında Əhli-Beyt (ə) aliminə işgəncə edilir

Son səkkiz ildir həbsdə olan bəhreynli Əhli-Beyt (ə) alimi Şeyx Zuheyr Aşurun ailəsi, açıqlama verərək, alimin həbsxanada ağır işgəncələrə məruz qaldığını bildirib.

Tashaio.com LualuaTV-yə istinadən xəbər verir ki, ailəsi Şeyx Zuheyrin iki telefon danışığında, onun digər məhbusların tələblərini bildirməyə təhrik etmək ittihamı ilə yeddi gün təkadamlıq kamerada saxlanıldığını və bu müddət ərzində müxtəlif yollarla işgəncə edildiyini deyib: “O, naməlum bir yerə köçürüldü, xarici aləmdən tamamilə təcrid olundu və orada saxlanıldı. Həbsxana gözətçiləri bu yeddi gündə kameraya girərək su borusu ilə onu döydülər.

 

Bəhreyn səlahiyyətliləri Şeyx Zuheyrin yeddi gün və yeddi gecə təkadamlıq həbsxanada əllərini və ayaqlarını bağladılar, yatmasına icazə vermədilər. Həm də namaz qılmağın, çimməyin və təharət məsələlərinə mane oldular”.

 

Şeyx Zuheyri təhqir etmək və öldürməklə hədələmək və onu xüsusi kameraya yerləşdirmək həbsxana məmurlarının bəhreynli din xadiminə qarşı digər hərəkətləridir.

 

Şeyx Zuheyrin ailəsi beynəlxalq insan haqları təşkilatlarını həbsxanalardakı bu cür hərəkətlərin qarşısını almaq üçün Manama rejiminə təzyiq göstərməyə çağırıb və tezliklə beynəlxalq təşkilatlara işgəncə və insan haqlarının pozulması ilə bağlı sənədlər təqdim edəcəklərini bildirib.

 

Şeyx Zuheyr Aşur 27 iyun 2013-cü ildən həbsdədir. 2011-ci il fevral inqilabı başlayandan etibarən yüzlərlə bəhreynli etirazçı və inqilabçı lider həbs edilib və uzun müddət həbs cəzasına məhkum edilib.

Son səkkiz ildir həbsdə olan bəhreynli Əhli-Beyt (ə) alimi Şeyx Zuheyr Aşurun ailəsi, açıqlama verərək, alimin həbsxanada ağır işgəncələrə məruz qaldığını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-19-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap