header

 Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında saziş gələn ay imzalancaq

 Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında saziş gələn ay imzalancaq

Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.

Tashaio.com İran KİV-lərinə istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündə deyib.
 
M.Vaezi  deyib ki, çalışırıq  yaxın  1 ay ərzində  bu saziş imzalansın.  "Tərcihli  ticarət sazişinin imzalanması ilə  Azərbaycan  və İran arasında  əlaqələr daha da inkişaf edəcək." 
 
M. Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib. 
 
Azərbaycan baş nazirinin müavini  Şahin Mustafayev bildirib ki, Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin imzalanması ilə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının daha da artacaq. 
 
Ş.Mustafayev müştərək  layihələrin icrasının tezləşdirilməsi, o cümlədən  Xudafərin bəndi layihəsinin  və  iki ölkə arasında sənaye sahəsində  əməkdaşlığın xüsusilə İran şirkətlərinin  azad  olmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələlərini ciddi şəkildə diqqətdə saxlanılacağını vurğulayıb. 
Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-19-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap