Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında saziş gələn ay imzalancaq
Posted on :
Digər sahələr
01/19/2021
Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.
Tashaio.com İran KİV-lərinə istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündə deyib.
M.Vaezi deyib ki, çalışırıq yaxın 1 ay ərzində bu saziş imzalansın. "Tərcihli ticarət sazişinin imzalanması ilə Azərbaycan və İran arasında əlaqələr daha da inkişaf edəcək."
M. Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin imzalanması ilə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının daha da artacaq.
Ş.Mustafayev müştərək layihələrin icrasının tezləşdirilməsi, o cümlədən Xudafərin bəndi layihəsinin və iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın xüsusilə İran şirkətlərinin azad olmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələlərini ciddi şəkildə diqqətdə saxlanılacağını vurğulayıb.