ABŞ şəhid Əl-Mühəndisin xələfinə sanksiya tətbiq etdi
ABŞ şəhid Əl-Mühəndisin xələfinə sanksiya tətbiq etdi
Posted on : Digər sahələr 01/14/2021
ABŞ-ın Xəzinə Nazirliyi dünən (13 yanvar) şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsindən sonra, yerinə təyin olunmuş şəxsi sanksiya siyahısına salıb.
Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi şəhid Əbu Mehdi Əl-Mühəndis terror edildikdən sonra, Əl-Həşduş Şəbi komandirinin müavini seçilən Əbu Fədək Əl-Muhəmmədəvinin İŞİD-lə əlaqəli olduğunu iddia edib onun sanksiya siyahısına salıb.
Bu arada, Əl-Həşduş Şəbi İŞİD-lə mübarizədə fəal rol oynamış və bunun üçün dəfələrlə İraq hökuməti tərəfindən təriflənmişdir.
İraqın Əl-Həşduş Şəbi təşkilatı İraqın üç vilayətində bomba hazırlamaq üçün xam kimyəvi maddələrin İŞİD-ə çatdırılmasının qarşısını almaq üçün strateji plan həyata keçirdiyini elan edib.
İraqın Əl-Həşduş Şəbi təşkilatının komandirlərindən olan Əli Əl-Hüseyni Al-Maloumah saytına açıqlamasında bunları deyib: “Bəzi kimyəvi maddələr İŞİD tərəfindən partlayıcı və bomba istehsalında xammal kimi istifadə olunur. Əl-Həşduş Şəbi bu materialların İŞİD-in qalıqlarına çatmaması üçün kəşfiyyat xidmətləri ilə koordinasiya edərək, Diyalə, Kərkük və Səlahəddin vilayətlərindəki işləri təqib etmək və izləmək strategiyasına da etibar etdi”.