Ənsarullahdan Trampın impiçmentinə reaksiya
Ənsarullahdan Trampın impiçmentinə reaksiya
Posted on : Digər sahələr 01/14/2021
Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam ABŞ prezidentinə cavabdeh olanlara onun vəziyyətini müşahidə etmələrini tövsiyə edərək, belə deyib: “Yəmənə qarşı müharibə tezliklə dayandırılmalıdır”.
Tashaio.com xəbər verir ki, Məhəmməd Əbdüs-Salam Twitter üzərindən verdiyi reaksiyasında bunları qeyd edib: “Tramp və onun dəstəyinə ümid bəsləyənlər və onunla amansız müharibələrə qoşulanlar liderlərinin vəziyyətini görməli və dərhal Yəməndəki təcavüzə tamamilə son qoymalıdırlar.
Yarımçıq həllər artıq faydalı deyil, müharibə və blokada tamamilə başa çatmalıdır”.
Qeyd edək ki, Tramp Ağ Evdə olduğu müddətdə iki dəfə impiçment edilən ilk ABŞ prezidenti oldu.