header

 İnsan haqları təşkilatı: “İsrailə aparteid rejimi deyə bilərik”

 İnsan haqları təşkilatı: “İsrailə aparteid rejimi deyə bilərik”

Sionist rejimin BTselem insan haqları təşkilatı ilk dəfə İsrail rejimi üçün aparteid rejimi (irqçi, ayrıseçkilik edən dövlət) tərifini istifadə edib.

Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, B'Tselem tərəfindən hazırlanan hesabatda, İordan çayı ilə Aralıq dənizi arasında yerləşən tarixi Fələstin torpaqlarına işarə edilərək, belə qeyd edilib: “İsrail rejimi yəhudilərin üstünlüyü və bunun çaydan dənizə qədər bütün bölgədə davamlılığı üçün çalışır. Buna görə də indi İsrail rejimini aparteid qurumu adlandıra bilərik.

 

İsrail rejiminin təsiri olan bütün ərazilərdə (Yaşıl Xətt, Qərb Sahili, Şərqi Qüds, Qəzza) bir xalqın (sionistlərin) digər xalq (fələstinlilər) üzərində hökmranlıq edir. İsrail aparteid rejimidir və bir günə, bir gecəyə qurulmayıb. Əksinə, zamanla institusional törəmədir”.

 

Hesabatda yəhudilərin öz müqəddəratlarını təyinetmə hüququ daxil olmaqla hər cür hüquqlara sahib olduğu bu coğrafi ərazidə fələstinlilərin həmin hüquqlardan tamamilə məhrum edildiyi və İsrail rejiminin onların hüquqlarına sahib çıxmasının qarşısını aldıqları bildirilib.

 

Dünyada istənilən bir yəhudinin, arvadının, övladlarının və nəvələrinin İsrail rejiminin nəzarəti altında olan işğal edilmiş torpaqlarda yaşamaq hüququna sahib olduqları qeyd olunan hesabatda, bir fələstinlinin həmin torpaqlarda doğulsa da, anası və atası bu torpaqlarda yaşasa da, vətəninə qayıtmaq haqqının olmadığı vurğulanıb.

 

Fələstin torpaqlarında 280-dən çox qanunsuz yaşayış məskənləri qurulub. Hesabatda İsrail rejiminin qanunsuz sionist məskunlaşma yerlərinə də toxunulub və belə davam edilib: “1948-ci ildən etibarən İsrail rejimi Yaşıl Xəttdəki Fələstin torpaqlarının 90%-ni ələ keçirdi və orada yəhudi (sionist) şəhərləri və qəsəbələri qurdu. 1967-ci ildən etibarən Fələstin torpaqlarında 280-dən çox yəhudi məskənləri inşa edilib və 600.000-dən çox yəhudi burada yaşayır”.

 

Hesabatda fələstinlilərin hələ də İordan çayının qərb sahilində İsrail rejiminin hərbi işğalı altında olduğu və Qəzzanın tamamilə blokadada, mühasirədə və embarqoda olduğu qeyd edilib.

 

Hesabatda İsrail rejiminin milyonları müvəqqəti işğal edən bir törəmə olduğuna dair təriflərin reallıqla heç bir əlaqəsi olmadığına diqqət çəkilib.

 

B'Tselem təşkilatının direktoru Haqai El-Ad, hesabatda belə ifadələrdən istifadə etdi: “İsrail rejimində işğala parelel demokratiya yoxdur, çaydan dənizə qədər yalnız bir rejim var və bu, bütün mənzərəyə baxıb onu düzgün şəkildə aparteid adlandırmağımızı tələb edir. Bu həqiqət baxışı bizi ümidsizləşdirməməlidir, əksinə bu dəyişiklik çağırışıdır. Bu sistemi quran insanlardır və insanlar onu dəyişdirə bilərlər”.

Sionist rejimin BTselem insan haqları təşkilatı ilk dəfə İsrail rejimi üçün aparteid rejimi (irqçi, ayrıseçkilik edən dövlət) tərifini istifadə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-13-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap