header

 Qırmızı Xaç: “Yəmənlilərin əksəriyyəti içməli sudan məhrumdur”

 Qırmızı Xaç: “Yəmənlilərin əksəriyyəti içməli sudan məhrumdur”

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yəməndəki pisləşən humanitar vəziyyətə cavab olaraq, yəmənlilərin əksəriyyətinin Səudiyyə rejiminin koalisiyasının təcavüzü səbəbindən sağlam içməli sudan məhrum olduqlarını bildirib. BQXK “Twitter” səhifəsində yəmənlilərin üçdə ikisinin sağlam içməli sudan və zəruri tibbi xidmətlərdən məhrum olduqlarını qeyd edib.

"Tashaio.com"ın parstoday-a istinadən verdiyi xəbərə görə, BQXK xüsusi vurğu edərək belə deyib: "Yəmənin Hudeyda şəhərində yerli su və kanalizasiya şirkətinə və Əl-Səvra xəstəxanasına 800.000 litr yanacaq daşınmasına baxmayaraq, ölkədə əsas xidmətlərə ehtiyac hələ də çox yüksəkdir".

 

Qeyd edək ki, Səudiyyə rejimi, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə qarşı hərbi təcavüz başladılaraq, ölkə qurudan, dənizdən və havadan mühasirəyə alınıb. Yəmən xalqının qəti müqaviməti nəticəsində Səud rejimi və müttəfiqləri ölkədəki hədəflərinə çata bilməyib. Son illər ərzində Səudiyyə rejiminin Hava Qüvvələrinin zərbələri nəticəsində əksəriyyəti qadın və uşaq olan minlərlə yəmənli öldürülüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yəməndəki pisləşən humanitar vəziyyətə cavab olaraq, yəmənlilərin əksəriyyətinin Səudiyyə rejiminin koalisiyasının təcavüzü səbəbindən sağlam içməli sudan məhrum olduqlarını bildirib. BQXK “Twitter” səhifəsində yəmənlilərin üçdə ikisinin sağlam içməli sudan və zəruri tibbi xidmətlərdən məhrum olduqlarını qeyd edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-12-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap