header

 İsrail rejimi İordan çayının qərb sahilində daha 850 ev inşa edəcək

 İsrail rejimi İordan çayının qərb sahilində daha 850 ev inşa edəcək

İsrail rejiminin işğal olunmuş İordan çayının qərb sahilində gəlmə sionistlər üçün qanunsuz olaraq 850 ev inşa edəcəyi bildirilir.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, İsrail rejiminin İctimai Yayım Agentliyi KAN-ın bildirdiyinə görə, İsrail rejiminin səlahiyyətliləri gələn həftə gəlmə sionistlər üçün İordan çayının qərb sahilində daha 850 yaşayış binasının inşa edilməsi qərarını təsdiqləyəcək.

 

Xəbərdə İsrail rejiminin müdafiə naziri Benni Qantzın bu yaşayış yerlərinin inşası üçün Fələstin Ərazilərindəki Hökümət Fəaliyyətləri Koordinasiya Birliyi (COGAT) nəzdindəki Mülki İdarəetmə Birliyinin Ali Planlaşdırma Şurasına təlimat verdiyi və evlərin İordan çayının qərb sahilinin şimalındakı sionist məskunlaşma yerlərində inşa ediləcəyi qeyd edilib.

 

Məsələ ilə bağlı sionist rejimin səlahiyyətlilərindən hələ rəsmi açıqlama verilməyib.

 

ABŞ-ın yeni prezidenti Co Baydenin vəzifəsinə başlamasından bir müddət sonra İsrail rejiminin belə bir addımı atması diqqətə səbəb olub

İsrail rejiminin işğal olunmuş İordan çayının qərb sahilində gəlmə sionistlər üçün qanunsuz olaraq 850 ev inşa edəcəyi bildirilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-12-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap