header

 İran ABŞ-a 1 ay vaxt qoydu: "Sanksiyaları ləğv edin"

 İran ABŞ-a 1 ay vaxt qoydu: "Sanksiyaları ləğv edin"

İran parlamentinin Sədrlik Şurasının üzvü Əhməd Əmirabadi Fərahani bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyalar 21 fevral tarixinədək ləğv edilməsə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini ölkədən mütləq çıxaracaqlar.

Tashaio.com Mehrnews-a istinadən xəbər verir ki, İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi bu gün (9 yanvar) qonaq olduğu dövlət televiziya kanalında parlamentdə çıxarılan sanksiyalarla strateji mübarizə qanunu ilə əlaqədar açıqlama verib: “İrana qarşı sanksiyalar, xüsusilə maliyyə, bank və neft sahəsindəki məhdudiyyətlər 21 fevral tarixinə qədər götürülməsə, MAQATE müfəttişlərini ölkədən mütləq çıxaracağıq.

 

Bu tarixə qədər sanksiyalar götürülməsə, İran könüllü olaraq imzaladığı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) əlavə protokolunun tətbiqini dayandıracaq. Bu, İran Parlamentinin qanunudur və hökumət onu tətbiq etməyə məcburdur.

 

Amerikalılara bir ay vaxt verdik və ABŞ-ın yeni hökuməti 21 yanvarda qurulacaq. Sanksiyaların ləğvi üçün 21 fevrala qədər tədbir görməlidirlər, əks təqdirdə İran İslam Respublikası xalqın xeyrinə ayağa qalxacaq.

 

ABŞ-ın sanksiyaları ləğv edilməsə, öhdəliklərimizi yerinə yetirmək üçün heç bir səbəb görmürük”.

 

Sanksiyalarla mübarizə qanun layihəsi dekabr ayında İran parlamenti tərəfindən təsdiqlənib.

İran parlamentinin Sədrlik Şurasının üzvü Əhməd Əmirabadi Fərahani bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyalar 21 fevral tarixinədək ləğv edilməsə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini ölkədən mütləq çıxaracaqlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-10-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap