header

 Ayətullah Xamenei: 19 Dey Qiyamı böyük bütə - Amerikaya - vurulan ilk İbrahim baltası idi - FOTO

 Ayətullah Xamenei: 19 Dey Qiyamı böyük bütə - Amerikaya - vurulan ilk İbrahim baltası idi - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün «19 Dey Qiyamı» münasibətilə televiziya vasitəsilə canlı çıxış edib.

Tashaio.com  "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbər çıxışının əvvəlində İran və İraq xalqlarına   şəhid general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin, eləcə də digər şəhidlərin şəhadətinin ildönümündə göstərdikləri  möhtəşəm iştiraklarına görə təşəkkür edib.
 
Ali Rəhbər sözünün davamında bildirib: 
 
 "Həmçinin Kirman şəhərində şəhid Süleymaninin dəfn mərasimində şəhid olan şəxslərin, eləcə də Tehranda baş verən çox acı  təyyarə qəzasının şəhidlərinin xatirəsini anmağı özümə lazım bilirəm. Həqiqətən çox acı bir  hadisə idi.  Ölkə rəsmilərini də əzadar etdi.  Ümid edirik Allah həm Kirmanda şəhid olanları və həm də Tehranda şəhid olan şəxsləri öz lütf və mərhəmətində qərar versin. Onların ailələrinə səbr və təskinlik diləyirik. Əlbətdə məsul şəxslərin də görəcəyi işlər var ki, onlara göstəriş verilib". 
 
Nüvə alimi şəhid Fəxrizadənin şəhadətinin 40 günlüyü və rəbbani alim Ayətullah Misbah Yəzdinin vəfatını xatırladan Ayətullah Xamenei bildirib ki,  biz son günlər iki elmi şəxsiyyəti itirimişik.  "Onlardan biri şəhid Fəxrizadə  və digəri cənab Ayətullah Misbah Yəzdi idi. Hər ikisi öz sahəsində qabaqcıl elmi şəxsiyyətlər idilər. Hər ikisindən çox dəyərli miras qalıb. İnşallah onların işləri daha güclü və daha yaxşı formada davam etdiriləcək."
 
«19 Dey Qiyamı» möhtəva və məzmun baxımından qorunmalıdır deyən Ayətullah Xamenei bildirib ki,  hadisənin diri saxlanılması bizə lazım və vacibdir.   
 
Qum şəhərində  baş verən «19 Dey Qiyamı»nın dini və ABŞ-a zidd bir qiyam olduğunu və həyəcandan irəli gələn bir qiyam olmadığını qeyd edən Ayətullah Xamenei  bildirib ki, Qum qiyamı həmasə yaradan bir qiyam idi. "Qum qiyamı Qum şəhəri ilə kifayətlənmədi,  Təbriz, Kirman, Şiraz, Məşhəd, Tehran  və digər şəhərlərə də keçdi və beləcə  yavaş yavaş ümimi bir qiyama çevrildi.  Bu qiyamın rəhbəri böyük ruhani,  təqlid mərcəyi və dini mərifət prinsiplərini yayan mərhum İmam Xomeyni (rə) idi.  İlk gündən də xalqı dinə dəvət etdi.  Bu qiyam həm dini və həmdə ABŞ-a zidd bir qiyam idi.  «19 Dey Qiyamı» böyük bütə  - Amerikaya - vurulan ilk İbrahim baltası idi. Ondan sonra da davam etdi və  bu gün Amerikanın vəziyyətini görürsüz.  Demokratiya rüsvayçılığı,  seçki rüsvayçılığı və insan haqları rüsvayçığını görürsüz.  Hər neçə gündən bir  heç bir günahı olmayan , heç nədə ittiham olunmayan bir qaradərilini öldürürlər. Öldürən şəxs , qatil  də cəzalanmır.  İddia etdikləri dəyərlərini də bu gün hətta dostları belə  ələ salır. Amerikanın iqtisadiyyatı da sözün həqiqi mənasında iflic olub. On milyonlarla  işsiz, ac və evsiz şəxs.  Bu Amerikanın bugünki durumudur. Qəribə budur ki, bəziləri hələ də belə bir durumda olan Amerikanı özlərinə qiblə və ümid yeri bilir. "
 
Ayətullah Xamenei  bildirib ki, bu gün  kütləvi informasiya vasitələrinin çoxalması ilə  hadisələrin məzmununu dəyişdirmək və səhv yozmalara yol  açmaqla qərəzli rəvayətçilər  ortaya çıxır.  
"Bu gün  casusluq orqanlarının ən önəmli işlərindən biri budur.  Dünyanın  önəmli hadisələrini izləyir, öz istəklərini bir hadisənin təhlilində tanınmış şəxslərin , eləcədə başqalarının qələm və dili ilə  məqalə və analiz formasında çatdırırlar.  Son vaxtlar bir kitab oxudum  ki, kitabın  müəllifi Amerikalı idi . Bu kitab ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın qabaqcıl mətbuat və jurnallarına nüfuzundan bəhs edir.  Mərkəzi Kəşfiyyat İdarəsi bununla özünün səhv və yalnış təhlil və təfsirini    dünya ictimaiyyətinə çatdırır. Bu, həmişə mövcud olan bir təhlükədir." 
 
 Çıxışının davamında Ayətullah Xamenei bildirib ki, İran İslam Respublikası və  ABŞ-ın başçılığı ilə hegemonlar cəbhəsi arasında çox təkrarlanan məsələrdən biri sanskiyalar , digəri  İranın regionda iştirakı və İranın müdafiə və raket gücü məsələsidir. 
 
 "Qərb cəbhəsi İran xalqına tətbiq etdiyi xəbis addıma yəni sanksiyalara son qoymaldır və təcili dayandırmalıdır.  Onların bu addımı xəbis və xaincəsinə bir addımdır.  İran xalqı ilə səbəbsiz və böyük düşmənçilikdir."
 
Sanksiyaların tədriclə təsirsiz olduğunu vurğulayan Ali Rəhbər bildirib ki, İran öz iqtisadiyatını elə proqramlaşdırmalıdır ki,  sanksiyalar  problem  yaratmasın. 
 
İran parlamentinin  uranı 20 faiz zəngiləşdirilməsi və Hərtərəfli Birgfə Fəaliyyət Planına dair öhdəliklərin ləğvinə dair  layihəsini düzgün və doğru qərar adlandıran Ali Rəhbər bildirib ki,  əgər onlar öz öhdəliklərinə qayıdarsa bizdə öhdəliklərimizə qayıdacayıq.  "Bizim  Amerikanın  Hərtərəfli Bİrgə Fəaliyyət Planına qayıtmasına  heç bir israrımız  yoxdur və tələsmirik. Bizim istəyimiz  budur ki,  sanksiyaları götürsünlər.  Əgər sanksiyalar götürülərsə  ABŞ-ın bu plana qayıtmasının  anlamı olacaq lakin əgər sanksiyalar götürülməzsə  ABŞ-ın plana qayıtması mümkündür bizim ziyanımıza olsun". 
 
İranın regiondakı iştirakının zərurətindən danışan Ali Rəhbər bildirib: "Dostlarımızın güclənməsi üçün regionda iştirak etməyə borcluyuq.  Bizim  regionda iştirakımız  dostlarımızın və havadarlarımızın güclənməsi anlamındadır. Bizim regionda iştirakımız sabitlik yaradır, gərginliyi aradan qaldırır. Bunun ən bariz nümunəsi İŞİD təhlükəsinin zərərsizləşdirilməsidir. İranın regionda iştirakı var və olmalıdır." 
 
İranın müdafiə gücünün artmasının düşmənin cürətini zəiflətdiyini deyən Ayətullah Xamenei bildirib ki,  bu gün İranın müdafiə gücü elə bir həddə çatıb ki,   düşmənlər öz hesablamalarında  bu gücü nəzərə almağa məcburdurlar.  
 
 Ali Rəhbər Ayətullah Xamenei ABŞ və İngilətərə istehsalı olan vaksinlərin İrana  idxalını qadağan edərək bildirib ki, ABŞ və İngiltərə vaksinin İrana girişi qadağandır. "Əgər Amerikalılar vaksin düzəltməyi bacarsaydılar  özlərinin durumu hazırkı vəziyyətdə olmazdı. Belə ki, bir neçə gün öncə  24 saat ərzində koronavirusdan 4  min  nəfər  həyatını itirib. Onlara etimad və inam yoxdur.  Onlar bəzi vaxtlar digər xalqların üzərində sınaq etmək istəyirlər.  Əlbətdə mən Fransaya da xoşbin deyiləm, çünki Fransa bundan öncə İrana yoluxmuş qanları idxal edib."
 
Ayətullah Xamenei  İranda vaksinin istehsalını qürurverici adlandırıb və ölkə gücünə və elminə arxalanaraq İran vakisinin istehsalında  rolu olan bütün şəxslərə təşəkkür edib.
 

 

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün «19 Dey Qiyamı» münasibətilə televiziya vasitəsilə canlı çıxış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap