header

 Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir

 Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı təmir və mühəndis tikinti şöbəsinin işçiləri, əvvəllər alınmış binaları sökərək, Babul-Qibla küçəsinin yolunu genişləndirirlər.

Tashaio.com Al-Kafeel-ə istinadən xəbər verir ki, Babul-Qibla küçəsi milyonların ziyarəti vaxtı Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahını ziyarət etmək istəyən zəvvarların ən çox sıxlığı müşahidə olunan küçədir. Bu görülən işlər genişləndirmə layihəsi çərçivəsində aparılır.

 

Sözügedən şöbədəki İnşaat İşləri Bölməsinin rəsmisi mühəndis Məhəmməd Mustafa Əl-Tavil belə danışıb: “Bu küçənin genişləndirilməsi Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahı tərəfindən qəbul edilən, ziyarətçilər üçün boşluqlar artırmağı və milyonların ziyarəti zamanı sıxlığı azaltmağı hədəfləyən, ziyarət mərasimlərinin asanlıqla yerinə yetirilməsinə öz töhfəsini verəcək. Xüsusən Ərbəin ziyarətində insanların hərəkətini asanlaşdıracaq.

 

Bu hissəyə əlavə ediləcək sahələr ən böyük əlavə sahələrdən biri sayılır və bu binaların sökülməsi işi həssaslıqla edilməlidir. Biz binaların içərisini tamamilə boşaltmaqla yanaşı, elektrik kabellərinin, su xətlərinin və kanalizasiya kanallarının hamısını qaldırmaqdan ibarət olan bərpa işlərinə başladıq. Bina tamamilə dağıdılandan sonra, söküntü və dağıntılar şəhər xaricinə çıxarılacaq və bu bir tərəfdəki işçilərin təhlükəsizliyini və digər tərəfdəki ətraf binaların təhlükəsizliyini təmin edən bu məqsədlə hazırlanmış bir plana uyğun olaraq həyata keçiriləcək.

 

Söküləcək binalar Seyiduş Şühəda Kompleksi Küçəsi (Sahn Əl-Saqi) tərəfdən müvəqqəti dayanacağa qədər (binası əvvəl çıxarılan müvəqqəti həyətdir) yolun hər iki tərəfində aparılacaq. Söküntü işləri başa çatdıqdan sonra ziyarətçilər üçün min metrlərlə qiymətləndirilən əlavə yerlər hazırlanacaq”.

Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir


Kərbəlada müqəddəs hərəmlərə aparan daha bir küçə genişləndirilir

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı təmir və mühəndis tikinti şöbəsinin işçiləri, əvvəllər alınmış binaları sökərək, Babul-Qibla küçəsinin yolunu genişləndirirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap