Rəsul, nəbi və mühəddəs sözlərinin fərqi
Posted on :
Əqidələr
12/22/2020
Rəsul, nəbi və mühəddəs sözlərinin fərqi
Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu:
الرَّسولُ الَّذي تَأتيهِ المَلائِكَةُ ويُعايِنُهُم وتُبَلِّغُهُ عَنِ اللّهِ تَبارَكَ وتَعالى، والنَّبِيُّ الَّذي يَرى في مَنامِهِ، فَما رَأى فَهُوَ كَما رَأى، والمُحَدَّثُ الَّذي يَسمَعُ الكَلامَ ـ كَلامَ المَلائِكَةِ ـ ويُنقَرُ في اُذُنَيهِ ويُنكَتُ في قَلبِهِ
“Rəsul o kəsdir ki, mələklərlə görüşər və Allah-Taalanın əmrlərini ona çatdırarlar.
Nəbi o kəsdir ki, onları yuxuda görər və yuxuda gördükləri də eyni həqiqətdir.
Mühəddəs isə o kəsdir ki, mələklərin səsini eşidər, qulağına pıçıldanılar və qəlbinə ilham olunar.”
“Əl-ixtisas”, səh.328.